DİN: Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər - VİDEO
DİN: Koronaviruslu xəstələr dərmanların alınması üçün polisə müraciət edə bilər - VİDEO
"İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil".
Bunu "ARB 24"ün "İşgüzar səhər" verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, virusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər mövcuddur:
"Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. Koronaviruslu xəstələr sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr, ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edər. Bu işlər o qədər əhatəli şəkildə qurulub ki, kiminsə əsassız bəhanə gətirərək ictimai yerə çıxmasına səbəb yoxdur. Bununla bağlı səsləndirilən bəhanələr öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil".
/oxu.az
f PaylaşUstalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR