DİN: Seçki ilə əlaqədar səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır
Asayişin mühafizəsi digər hüquq mühafizə orqanları ilə birgə cari ilin sentyabr ayının 1-nə nəzərdə tutulan Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində və dövründə etibarlı təmin ediləcəkdir.
Bu barədə azxeber.com-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin qarşısının alınması, açılması, hüquq qaydasının qorunması, hər bir şəxsin hüquq və azadlığının müdafiəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrası davam etdirilir. Vətəndaşların seçkidə öz iradəsini azad və sərbəst ifadə etməsi üçün yüksək təhlükəsizlik şəraiti yaradılacaqdır.
Elşad Hacıyev vurğulayıb ki, seçki ilə əlaqədar heç bir xüsusi hazırlıq işi aparılmır, eyni zamanda, səlahiyyətdən kənar məsələlərə polisin müdaxiləsi birmənalı istisnadır: "Şəxsi heyət yalnız Seçki Məcəlləsindən irəli gələn aidiyyəti müddəaların tələblərinin həyata keçirilməsinə, vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin edilməsi və yaşayış yeri üzrə qeydiyyata alınması vəzifələrinin yerinə yetirilməsinə səfərbər olunmuşdur".
Turlar.az [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı