DİQQƏT! "Bu qidalar uşaqlarda xəstəlik yaradır"
Son illərdə uşaqlarda qeyri-sağlam qidalanma, hərəkətsizlik, piylənmə, yuxusuzluq, stress və ürək xəstəliklərə daha çox rast gəlinir.
KONKRET.azxarici mətbuata istinadən xəbər verir ki, uşaq kardioloqu Sinem Altunyuva Usta uşaqlarda ürək üçün təhlükəli olan qidaların adını açıqlayıb.
Həkim bildirib ki, piylənmə uşaqlarda ən çox rast gəlinən xroniki xəstəlikdir:
"Araşdırmalara görə, dünyada 5-17 yaş arası uşaqların təxminən 20-25 faizi artıq çəki və ya piylənmədən əziyyət çəkir. Uşaqların ürək sağlamlığını qorumaq üçün valideynlərin üzərinə çox mühüm vəzifələr düşür. Hazırda valideynlərin əksəriyyəti uşaqlarını sağlam qidalandırmır".
Onun sözlərinə görə, qablaşdırılmış desertlər, dondurmalar, tərkibində yüksək miqdarda şəkər olan qazlı içkilər, soyuq çaylar, rəngli və meyvəli südlər kimi qəlyanaltılar ürək-damar xəstəliklərinin inkişafını asanlaşdıra bilər:
"Bu səbəbdən də uşaqların bu cür qidaları istehlak etməsinin qarşısını almaq lazımdır. Hər kəsə məlumdur ki, tərəvəz və paxlalı bitkilərin istehlakı uşaqların ürək-damar sağlamlığı üçün çox vacibdir. Tərəvəzlər tərkibində az yağ olması ilə yanaşı, zəngin lif, fol turşusu, kalsium, kalium və pis xolesterini (LDL xolesterini) aşağı salan C vitamini sayəsində ürək-damar sağlamlığını qoruyur.
Kartof qızartması uşaqların, eləcə də böyüklərin ürək-damar sağlamlığını təhdid edir. Qızartmaq və qovurmaq əvəzinə, qaynatmaq, öz şirəsində bişirmək daha arzuolunandır. Beləliklə, siz nəinki həddindən artıq yağ qəbulunu məhdudlaşdırırsınız, həm də qida dəyərini artırmaqla uşaqların ürək-damar sağlamlığını qorumuş olursunuz".

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır