DİQQƏT: Yanacaq qiymətlərinin artması bu avtomobilləri bahalaşdıracaq
Son dövrlərdə yanacaq qiymətlərində müşahidə olunan artım təkcə gündəlik xərclərə deyil, bütövlükdə iqtisadi proseslərə də təsir göstərməkdədir.
Xüsusilə, avtomobil bazarı bu dəyişikliklərə daha həssas reaksiya verən sahələrdən biri kimi diqqət çəkir. Artan yanacaq xərcləri həm vətəndaşların seçimlərinə, həm də bazarda təklif və tələbin balansına birbaşa təsir edir. Bu fonunda bazarda yeni meyillər formalaşır, ənənəvi seçimlər isə tədricən aktuallığını itirməyə başlayır.
Bəs yanacaq qiymətlərinin bahalaşması avtomobil bazarının gələcək inkişaf istiqamətini necə dəyişir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, son dövrlərdə yanacaq qiymətlərində müşahidə olunan artım avtomobil bazarına ciddi təsir göstərir.
"Bu təsir ilk növbədə istehlakçı davranışında özünü büruzə verir.
Hazırda vətəndaşlar yüksək yanacaq sərfiyyatı olan iri mühərrikli avtomobillərdən uzaqlaşmağa başlayır, daha qənaətcil modellərə üstünlük verir. Xüsusilə hibrid və elektrik avtomobillərinə marağın artması bazarda struktur dəyişikliklərinin getdiyini göstərir".
Asif İbrahimovun fikrincə, yanacaq xərclərinin yüksəlməsi avtomobilin saxlanma xərclərini də artırır.
"Bu isə bəzi vətəndaşların avtomobil alma qərarını təxirə salmasına gətirib çıxarır. Nəticədə, xüsusilə ikinci əl avtomobil bazarında müəyyən durğunluq müşahidə oluna bilər.
Yanacaq qiymətlərinin artması taksi və yükdaşıma sektoruna da təsirsiz ötüşmür. Xərclərin yüksəlməsi bu sahələrdə rentabelliyi azaldır və bu da kommersiya məqsədli avtomobillərə olan tələbatın zəifləməsinə səbəb olur".
İqtisadçı hesab edir ki, uzunmüddətli perspektivdə bu tendensiya alternativ nəqliyyat vasitələrinə keçidi sürətləndirəcək.
" Lakin bunun üçün müvafiq infrastrukturun inkişafı, xüsusilə elektrik doldurma stansiyalarının genişləndirilməsi və stimullaşdırıcı mexanizmlərin tətbiqi vacibdir.
Ümumilikdə yanacaq qiymətlərinin bahalaşması avtomobil bazarında həm tələbin strukturunu dəyişir, həm də bazarın ümumi inkişaf istiqamətinə təsir göstərir".
Aynurə İsmayıl
KONKRET.az

"Sabah" "Zirə"ni darmadağın etdi
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Zelenskinin ofisində axtarış aparıldı
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib