DİRECT virtual kartı: təhlükəsiz, sərfəli, sürətli

DİRECT virtual kartı: təhlükəsiz, sərfəli, sürətliDünyada baş verən son hadisələr nəticəsində insanların bir çox vərdişləri dəyişir. Bu dəyişikliklər məişət məsələləri ilə yanaşı, digər sahələri, o cümlədən maliyyə sektorunu da əhatə edir. Bu gün insanlar alış-veriş, ödənişlər və ümumilikdə bank əməliyyatlarını onlayn rejimdə həyata keçirməyə üstünlük verirlər. Belə əməliyyatların keçirilməsi üçün virtual kart çox rahat vasitədir.
Bank VTB (Azərbaycan)-ın DİRECT virtual kartı istifadəçiyə bir sıra məsələləri həll etməyə imkan verir. Kartın üstünlüklərindən biri onun asanlıqla əldə edilməsidir: Facebook sosial şəbəkəsində DİRECT  botuna daxil olmaq kifayətdir ki, kart istifadəçiyə pulsuz təqdim olunsun. Beləliklə, ərizə verib kartın buraxılışını gözləməyə, kart üçün filiala gəlməyə və s. ehtiyac yoxdur. Maliyyə alətini bir neçə dəqiqəyə almaq və dərhal istifadə etmək olar.
Eləcə də iki toxunuşla DİRECT kartını dost-tanışlar üçün açmaq mümkündür. Bunun üçün əsas menyuda "Dostunu dəvət et" düyməsini basmaq və gələn ismarışı kartın aktivləşdirilməsi üçün mesencerdə istənilən şəxsə göndərmək lazımdır. Bununla da yaxınlarınız plastik kartla eyni funksiyaya malik virtual kartı hədiyyə alacaq.
Fiziki bank kartı ilə mümkün olan əməliyyatları da elə həmçinin DİRECT kartı ilə mesencerdə həyata keçirmək olar.  
Kartdan karta pul vəsaitinin köçürülməsi və digər bankların kartlarından mədaxil
İstənilən onlayn alış-veriş
Mobil operatorların balansının artırılması
Kommunal xidmətlərin ödənilməsi
Kredit üzrə ödəniş
Əməliyyatların əksəriyyəti pulsuz həyata keçirilir ki, bu da kartın daha bir üstünlüyüdür. Virtual kartın balansının artırılması üçün komissiya tutulmur. Balansı aşağıdakı üsullarla artırmaq mümkündür:
İstənilən bankın kartı vasitəsilə
Bank VTB (Azərbaycan)-ın Cash İn funksiyalı terminallarında
eManat və MilliOn ödəniş terminallarında
Bank VTB (Azərbaycan)-ın filiallarında
Çat-botda formalaşdırılmış QR-kod vasitəsilə.
Onlayn alış-veriş sevənlər üçün əsas amil kartdan istifadənin təhlükəsizliyidir. Bir qayda olaraq, internetdə alış-veriş edən insanlar hesablarındakı vəsaitin güvənliyi üçün narahat olur. Bu məsələnin həlli üçün sadəcə müəyyən məbləği əsas kartdan virtual karta keçirmək və daha sonra lazımi ödənişləri onunla həyata keçirmək olar.
Virtual kart üzrə bütün əməliyyatlar ödəniş sistemlərinin və bank VTB (Azərbaycan)-ın sertifikatlaşdırılmış etibarlı əlaqəsi üzərindən yerinə yetirilir. Facebook sosial şəbəkəsi heç bir konfidensial məlumatı saxlamır (istifadəçi profil yaratdıqda daxil etdiyi məlumatlar istisna olmaqla).
Bütün bu amilləri nəzərə alaraq əminliklə demək olar ki, əməliyyatların sürəti, vəsaitlərinin təhlükəsizliyi və qənaətinə  üstünlük verənlər üçün virtual kart yaxşı seçimdir.
Linkə keçid edərək və ya aşağıdakı QR-kodu skan edərək, 10 saniyə ərzində DİRECT virtual kartına sahib olun:
DİRECT virtual kartı: təhlükəsiz, sərfəli, sürətli/news.milli.az

İqtisadiyyat       Tarix: 12 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər