Distant təhsil real təhsili tam əvəz edə bilmir' - Nazir

Distant təhsil real təhsili tam əvəz edə bilmir' - NazirAzərbaycanın təhsil sistemi distant təhsildən həm müsbət, həm də mənfi mənada çox şey öyrəndi.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, pandemiya dövrü təhsil və elm sahəsində hansı boşluqların olduğunu biruzə verib.
"Çünki bu cür böhranlı vəziyyətdə boşluqlar, ciddi çatışmazlıqlar üzə çıxa bilir. Azərbaycanda tədris bu il bir az gec başlasa da, davamlılığı təmin edə bilirik. Bundan sonra da veriləcək qərarda həmin təhlillərin təsiri olacaq. Təhsilin qarşısında xeyli məqsədlər var, bunlar klassik məqsədlərdir - əlçatanlılığı, davamlılığı təmin etmək, müxtəlif sosial və iqtisadi vəziyyəti olan insanlara bərabər təhsil imkanının yaradılması"-deyə nazir qeyd edib.
O bildirib ki, distant təhsil bəzən əlçatanlılığı irəli aparan alət olur.
"Distant təhsillə həqiqətən biliklərin bir qismini öyrətmək olur, amma bu, real təhsili tam əvəz edə bilmir. Distant təhsil həm texniki, həm də öyrənmə tərəfi ilə tam öyrənməni təmin edə bilmir. Bu təhsilin təsirindən danışmaq hələ tezdir, amma məqsəd daha çox insanı ekran qarşısında oturtmaq yox, onların öyrənməsini təmin etməkdir. Keyfiyyətə nəzarət mexanizmləri olmalıdır, bu olmasa distant təhsil haqqında danışmaq yarımçıqdır. Post-pandemiya dövründə distant təhsil və ya hibrid təhsili artırmaq təcrübəsi qalmalıdır, amma qətiyyən keyfiyyəti itirməməliyik. Ən vacib məsələlərdən biri ayrı-ayrı sosial-iqtisadi qurumların öyrənmə prosesinin monitorinqidir. İlkin fərziyyə budur ki, pandemiya böyük şəhərlərdə, iqtisadi sosial vəziyyəti yaxşı olan ailələrə daha az, resurslara çıxışı daha az olanlara isə daha çox təsir edir. Pandemiya Bakının mərkəzində yaşayan şagirdlə ucqar kənddə olan şagirdə eyni cür təsir etməyib", - E.Əmrullayev deyib.

Sosial       Tarix: 02 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou xeber saytlari son xeber az ensonxeberler