Divarı rəngləmək, yoxsa vandalizm? - '"Nizami" kino mərkəzinin divarlarının bu hala salınması böyük cinayətdir

Divarı rəngləmək, yoxsa vandalizm? - 'Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin binasının divarına qraffiti çəkən gənclər saxlanılıb. 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B polis əməkdaşları tərəfindən müəyyən edilərək valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik söhbətlər aparılır.
Hadisə sadəcə "divara rəsm çəkmək" deyil, paytaxtın mərkəzində yerləşən mədəni-tarixi əhəmiyyətli binaya qarşı vandalizm aktı kimi qiymətləndirilir. Bu cür davranış gənclərin Qərb mədəniyyətinə meyl etməsi və sosial mediada yayılan trendlərlə özünü ifadə etmə istəyi ilə bağlıdır.
Qraffiti bəzi Qərb ölkələrində geniş yayılıb, lakin çox vaxt binaların divarlarını və ictimai məkanları yararsız hala salır, şəhərin ümumi görünüşünə və arxitekturasına zərər verir. Azərbaycanda isə, xüsusilə Bakıda, belə "mədəniyyət" qəbul edilməz hesab olunur.
Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı azxeber.com-a açıqlamasında deyib ki, belə gözəl abidələri korlamağa heç kimin haqqı yoxdur:
Divarı rəngləmək, yoxsa vandalizm? - '"Bu gün gənclərimizin, yeni yetişən nəslin bir hissəsi Avropa mədəniyyətinə daha çox meyl edir. Lakin Avropanı Avropa edən əsas dəyərləri mənimsəmək əvəzinə, bizə və milli kimliyimizə yad olan nümunələrə üstünlük verirlər. Halbuki hər bir xalqın özünəməxsus tarixi, zəngin mədəniyyəti və milli-mənəvi dəyərləri mövcuddur. Təəssüf doğuran məqam odur ki, gənclər daha çox məhz bu dəyərlərə uyğun olmayan davranışlara meyil göstərirlər. Məsələn, şəhərin mərkəzində yerləşən, memarlıq baxımından dəyərli olan Nizami kinoteatrı kimi bir binanın eybəcər hala salınması yolverilməzdir. Bu cür obyektlər dövlət nəzarətindədir və onları korlamağa heç kimin haqqı yoxdur".
Parlamentari qeyd edib ki, gənclərin təhsil aldığı məktəblərdə onlara hansı dəyərlərin aşılandığına diqqət yetirilməlidir:
"Bu məsələdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda, gənclərin təhsil aldığı məktəblərdə onlara hansı dəyərlərin aşılandığına diqqət yetirilməlidir. Gənclərlə düzgün şəkildə izah işi aparılmalı, onların düşüncə tərzi formalaşdırılmalıdır. Bəzi gənclər harada nə görürlərsə, onu düşünmədən təqlid edir, xüsusilə də milli dəyərlərimizə uyğun olmayan davranışları mənimsəyirlər. Gənclərə düzgün tərbiyə vermək, milli kimliyimizi və mənəvi dəyərlərimizi aşılamaq olduqca vacibdir. Bu proses ailədən başlamalı, təhsil müəssisələrində davam etməli və cəmiyyətin ümumi mühiti ilə dəstəklənməlidir".
Deputat vurğulayıb ki, maarifləndirici xətt güclü olmayanda belə hadisələr baş verir:
"Belə halların baş verməsinə səbəb gənclərin milli-mənəvi dəyərlərdən uzaq mühitdə böyümələridir. Hesab edirəm ki, bu sahədə daha ciddi və sistemli iş aparılmalıdır. Maarifləndirmə, elmi yanaşma və düzgün ideoloji istiqamət bu kimi problemlərin qarşısını almaqda mühüm rol oynayır.
Avropada mövcud olan bütün davranış modellərini olduğu kimi cəmiyyətimizə tətbiq etmək doğru deyil. Avropanın insan haqları, qanunun aliliyi və insan dəyərləri kimi müsbət tərəflərini gənclər öyrənməlidir. Bu dəyərlər gənclərə düzgün şəkildə aşılanmalı, onların sağlam düşüncəli və milli kimliyinə bağlı fərdlər kimi formalaşmasına şərait yaradılmalıdır. Maarifləndirici xətt güclü olmadığına görə, gənclərin mənəviyyatı belə aşılandı".
Şahanə Ziyad

Sosial       Tarix: 03 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Magistraturaların boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olundu

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bakalavrlar müsabiqənin nəticələri haqqınd

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeber.az iqtisadiyyat xeberleri bugun maliyye xeberler bugun