Dizaynerlərin NƏZƏRİNƏ: Dövlət qurumu yeni loqotip seçir

Dizaynerlərin NƏZƏRİNƏ: Dövlət qurumu yeni loqotip seçirDizaynerlərin NƏZƏRİNƏ: Dövlət qurumu yeni loqotip seçir
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun və Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra qarşımızda işğaldan azad edilən torpaqların bərpası, həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi kimi mühüm vəzifələr dayanır.
Bu barədə Qarabağ Dirçəliş Fondu məlumat yayıb.
Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün əlçatan, vahid platformadır.
Öz fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyət ilə sıx əməkdaşlıq prinsipləri əsasında quran Fond hər kəsi özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanmasında iştirak etməyə dəvət edir.
Loqotipin arxasında olan ideyanı aşağıdakı "açar sözləri" ilə təsvir etmək olar:
• Ruhlandırıcı;
• Qarabağın rəmzi dəyərlərini əks edən;
• İnkişaf, dirçəliş, müasirlik və rifahı ehtiva edən.
Loqotip sadə olmalıdır. Dizaynın hazırlanmasında isə Qarabağ Dirçəliş Fondunun məqsəd və vəzifələrini, yuxarıda qeyd olunan konseptini özündə əks etdirməsi şərtilə heç bir məhdudiyyət qoyulmur. 
Daha öncə hər hansı bir yerdə istifadə olunmuş loqotipin təqdim edilməsi yolverilməzdir.
Loqotipin qısa, izahedici mətnlə birlikdə göndərilməsi arzuolunandır.
Hazırlanan işlər ad, soyad, əlaqə nömrəsi də əlavə edilməklə [email protected] elektron ünvanına göndərilməlidir.
Ən yaxşı layihələr rəsmi loqotipin seçilməsi zamanı Fondun rəhbərliyi tərəfindən nəzərə alınacaq. Seçilən loqotipin müəllifi isə Fond tərəfindən mükafatlandırılacaq. Rəsmi loqotipin seçilməsi haqqında son qərarı daxili prosedurlara uyğun olaraq Fondun rəhbərliyi verəcək.
Qeyd edilib ki, Qarabağ Dirçəliş Fondunun hazırda istifadə etdiyi loqotip müvəqqətidir. /oxu.az

Sosial       Tarix: 24 may 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu