Dmitri Savelyev: "Heydər Əliyev Azərbaycanın tarixi əzəmətini də bərpa edə bildi

Dmitri Savelyev: "Heydər Əliyev Azərbaycanın tarixi əzəmətini də bərpa edə bildiDmitri Savelyev: "Heydər Əliyev Azərbaycanın tarixi əzəmətini də bərpa edə bildi"
"Heydər Əliyevin şəxsiyyətinin və dahi siyasətinin miqyası illər keçdikcə daha dərindən üzə çıxır. O, Sovet İttifaqının dağılması zamanı Azərbaycanı xaosdan xilas etməklə yanaşı, tarixi əzəmətini də bərpa edə bildi".
Bu barədə mayın 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Caliber.Az-a Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
"Bugünkü güclü və müstəqil Azərbaycanın nailiyyətləri İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub və Heydər Əliyevin düşündüyü layihələrdən qaynaqlanır. Heydər Əliyevin həmişə xüsusi status verdiyi Rusiya ilə tarixən möhkəm əlaqələrin qorunub saxlanılması və dostluğun möhkəmləndirilməsi kursunu xüsusi qeyd etmək istərdim", - deyə Dmitri Savelyev vurğulayıb.
Həmsöhbətimizin sözlərinə görə, indi hər iki ölkə həm iqtisadi, həm də dünya siyasi arenasında qarşılıqlı dəstək baxımından Heydər Əliyevin bu taleyüklü qərarından maddi dividentlər əldə edir.
"Əlbətdə ki, hər bir rusiyalı və azərbaycanlı koronavirus pandemiyası zamanı bunu xüsusilə kəskin şəkildə hiss etdi. Azərbaycanın Qarabağ münaqişəsindəki qələbəsini də ayrıca qeyd etmək lazımdır. Heydər Əliyevin məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməkdə qəti niyyəti bir çox insanın həyatını xilas etdi və Azərbaycanın açıq şəkildə güclü mövqe tutmasına imkan verdi. Və bu gün İlham Əliyevin parlaq siyasi hərəkətləri nəticəsində münaqişə Azərbaycanın xeyrinə həll olunduqda, dünya birliyinin bütün rəğbətləri onun tərəfindədir.
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Prezident İlham Əliyevi və bütün qardaş Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm! İlham Əliyevə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və müstəqil Azərbaycan naminə uğurlu fəaliyyətində yeni uğurlar, Azərbaycan xalqına isə xoşbəxtlik, sülh və firavanlıq diləyirəm!", - deyə rusiyalı parlamentari  bəyan edib. /oxu.az

Siyasi       Tarix: 10 may 2021
f Paylaş

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler cəbhədən ən son xəbərlər son xeberler bu gun bu gunun xeberleri