DMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi

DMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdiDMX əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət etdi
Dövlət Miqrasiya Xidmətinin (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyənləşdirilmiş tədbirlərə uyğun olaraq, ölkədə olan və yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:
1. Qeyd olunan ərazilərdə yerləşən regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır, müvafiq sənədlərin qəbulu və hazır sənədlərin verilməsi "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçirilir.
2. Müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).
3. Daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması təxirə salınır.
4. Etibarlı yaşama icazələri olan və həmin icazələrin uzadılması üçün heç bir əsasa malik olmayan əcnəbilərin, eyni zamanda, həmin tarixlərdə yaşı 16-ya çatan əcnəbilərin qanuni nümayəndələrinin (valideynləri və s.) müvəqqəti olma müddətinin uzadılması ilə bağlı Xidmətə elektron qaydada müraciət etməsi xahiş olunur.
5. Əcnəbilər miqrasiya məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərini https://www.migration.gov.az/contacts/letter linki vasitəsilə göndərə bilərlər.
Qeyd olunan tarixlərdə olduğu yeri və ya yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər. Bu zaman müvafiq olaraq 1 (2) rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abbreviaturasından sonra müvafiq sənədin nömrəsini qeyd etməklə 8103 nömrəsinə SMS-məlumat göndərilir. Abbreviaturalar mütləq ingilis şriftləri ilə yazımalıdır. Misal üçün, ölkədə müvəqqəti yaşayan əcnəbi ərzaq əldə etmək məqsədilə yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə 2MYI və sənədin nömrəsini (məs. 2MYI0123456) yazıb SMS göndərir. Göstərilən linkdə videotəlimat vasitəsilə proses izahlı formada təqdim olunur (https://www.youtube.com/watch?v=Jx-9NZK3xV4).
Olduğu yer üzrə qeydiyyata alınmış, həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin nömrəsini əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən "müraciətlərin izlənilməsi" elektron xidmətindən (https://eservice.migration.gov.az/public/applicati...) istifadə edə bilərlər. Bu zaman pasport nömrəsi, doğum tarixi və vətəndaşlıq barədə məlumatarın daxil edilməsi vacibdir. Əcnəbi yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.
Hərəkəti zamanı əcnəbilərin üzərlərində şəxsiyyəti təsdiq edən sənədin (pasport və ya digər sərhədkeçmə sənədinin) olması vacibdir.
Əcnəbilərin miqrasiya xidmətlərindən istifadə etmək üçün evdən çıxmamaları, elektron xidmətlərdən istifadəyə üstünlük vermələri tövsiyə olunur (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az).
Əlavə olaraq, qeyd edirik ki, müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.
Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng edə bilərsiniz. /oxu.az

Sosial       Tarix: 20 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun cəbhədən görüntülər bugünki xəbərlər xəbərlər