Dollar dünyada sürətlə bahalaşır: Manatı hansı aqibət gözləyir?

Dollar dünyada sürətlə bahalaşır: Manatı hansı aqibət gözləyir?Son günlər dolların digər valyutalar qarşısında bahalaşması müşahidə olunur. Dolların dəyərinin yüksəlməsi bir sıra səbəblərlə izah edilir. Bundan başqa dolların manat qarşısında bahalaşacağı məsələsi də müzakirə olunan mövzular sırasındadır.
Bəs dolların digər valutalarla müqayisədə qarşıdakı vəziyyəti ilə bağlı hansı gözləntilər var? Dollar manat qarşısında bahalaşacaqmı?
İqtisadçı-ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlamasında bu suallara aydınlıq gətirib.
Dollar dünyada sürətlə bahalaşır: Manatı hansı aqibət gözləyir?Ekspert dollların digər valyutalarla müqayisədə bahalaşmasının iki əsas səbəbini qeyd edib:
"Dolların digər aparıcı valyutalar ilə müqayisədə bahalaşmasının əsas iki səbəbi var. Bunlardan birincisi, Federal Ehtiyatlar Sisteminin (FED) qərarı ilə uçot dərəcəsinin qaldırılmasıdır. Bildiyimiz kimi, pandemiya dövründən hələ bir müddət əvvəldən iqtisadi aktivliyin maksimum səviyyəyə çatdırılması məqsədilə 0 dərəcəyə endirilmiş bir uçot dərəcəsi tədricən qaldırılır. Bu il artıq 9-a yaxın toplantının keçiriləcəyi və müəyyən hissələrlə uçot dərəcəsinin qaldırılacağı nəzərədə tutulub. Real olaraq uçot dərəcəsinin artırılması nəticədə dolların digər valyutalar qarşısında bahalaşmasına əsas səbəb olub.
Digər bir səbəb isə ABŞ iqtisadiyyatının dünyanın aparıcı iqtisadiyyata malik olmasıdır. ABŞ-nin iqtisadi gücü digər ölkələrlə müqayisədə həm ümumdaxili məhsul səviyyəsində, həm iqtisadi diqtəetmə məsələsində kifayət qədər güclü olması bu ölkənin valyutası daha çox dominatlıq edir. Bir ölkənin valyutasının dəyəri, bilavasitə onun iqtisadi gücü ilə sıx şəkildə əlaqələlidir. Bu baxımdan dolların dəyər qazanması bu iki faktorla əlaqəlidir. Uçot dərəcəsinin bu ilin sonunadək 2 faizə qədər qaldırılacağı, 2023-24-cü illərə qədər isə 3 faizə çatdırılacağı ilə bağlı proqnozlar da verilir. Bütün bunlar dolların digər valyutalar qarşısında bahalaşmasına səbəb olan əsas amildir".
E.Əmirov dolların qalxmasının manata təsir edib-etməyəcəyi məsələsinə isə bu cür aydınlıq gətirib.:
"Biz müşahidə edirik ki, dollarla Azərbaycan manatının məzənnəsi dəyişmir. Amma istər rubl, istər lirə, istərsə də avro ilə bu məzənnə fərqləri, dalğalanmaları müşahidə olunur. Bu, onunla əlaqədardır ki, Azərbaycan manatı digər valyutalarla tənzimlənmir. Birbaşa dollarla olan münasibəti, mütənasibliyi inzibati qaydada tənzimlənir, daha dəqiq desək, qiymət təyin edilir. Təxmini olaraq, 1.7 AZN. Nə qədər ki, bu inzibati təyinetmə metodu qalacaq, o zamanda da dolların qalxmasının manata birbaşa təzyiqi olmayacaq. Təbii ki, dolayı təzyiqləri var, digər valyutalarla münasibətdə olan təzyiqi var. Amma bunun müsbət tərəfləri də ondan ibarətdir ki, dollarla manat arasında olan münasibət dəyişmədiyindən, dolların digər valyutalarla müqayisədə bahalaşması avtomatik olaraq manatın da digər valutalara qarşı bahalaşmasına gətirib çıxarır. Yəni, əslində manat da dollarla paralel dəyər qazanır. Sanki, dollar okeanda üzən matorlu bir gəmidir, manat isə matorsuz bir qayıqdır, amma onunla bağlanıb. Əgər bunlar bir-biri ilə bağlıdırsa, Azərbaycan tərəfindən bu məzənnə bağlanılıb və inzibati olaraq statistik saxlanılır. Buna görə də, gəmini hansı istiqamətə hərəkət etməsi, qayığın da həmin istiqamətə hərəkət etməsinə səbəb olur. Bu bənzətmə reallığı əks etdirir".
"Hazırda Rusiya-Ukrayna münasibətləri fonunda isə avronun dollara qarşı ucuzlaşması, dolların isə bahalaşması, bilavasitə münaqişə zonasına daha yaxın olan Avropanın risk faktoru qarşısında qalması, müəyyən maliyyə risklərinin artması, nəticədə avroya olan təzyiqi artırmış və avro dollar qarşısında ucuzlaşmışdır. Təbii ki, avronun da dollar qarşısında ucuzlaşmasının səbəbləri arasında dolların uçot dərəcəsinin qaldırılması da var", deyə ekspert əlavə edib.
Aydın Nuri 

İqtisadiyyat       Tarix: 19 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az son xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən son məlumatlar bugun xeberler