Dollar dünyada yenə bahalaşır: Manatın aqibəti necə olacaq?

Dollar dünyada yenə bahalaşır: Manatın aqibəti necə olacaq?Ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) növbəti faiz qərarını açıqlayıb. FED uçot dərəcəsini 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb.
FED sədri Cerom Pauell uçot stavkasının növbəti ayda da yenidən artırılacağını istisna etməyib.
Uçot dərəcəsinin bu qədər artırılmasından sonra hər kəsi düşündürən məsələlərdən biri də dolların dünya valyutalarına, eləcə də Azərbaycan manatına necə təsir edəcəyidir.
Dollar dünyada yenə bahalaşır: Manatın aqibəti necə olacaq?İqtisadçı ekspert Akif Nəsirli azxeber.com-a açıqlamasında qeyd edib ki, manatın ucuzlaşması və ya bahalaşması Azərbaycan hökümətinin qərarından asılıdır:
"Bu, dünya valyutalarına təsir edəcək. Dolların möhkəmlənməsini müşahidə edəcəyik. Amma Azərbaycanda isə bu, yalnız dollar-manat münasibətinin effektiv məzənnəsinə təsir edə bilər. Hansı ki, bu effektiv məzənnənin Azərbaycan Mərkəzi Bankı müəyyənləşdirə bilir. O ki qaldı Azərbaycan manatının dollara qarşı münasibətinə bu, artıq Azərbaycan hökümətinin qərarından asılıdır. Mən Azərbaycan manatının dollara nisbətdə ucuzlaşacağını gözləmirəm. Çünki Azərbaycan hökümətinin götürdüyü kursa uyğun olaraq bu gün ölkəyə kifayət qədər dollar gəlir. İstədikləri qədər də hərraca dollar çıxara bilərlər".
Ekspert həmçinin qeyd edib ki, bu dəyişiklik hələ ki, Azərbaycan manatının ucuzlaşmasına səbəb olmayacaq:
"Eyni zamanda Azərbaycan manatının ucuzlaşması hökümətin hazırki iqtisadi kursuna uyğun deyil. Ona görə də, bu dəyişiklik hələ ki, Azərbaycan manatının ucuzlaşmasına səbəb olmayacaq. Bunu bir qədər başqa formada desək, Azərbaycan manatı üzən məzənnə ilə deyil, dövlət tərəfindən tənzimləndiyinə görə, Azərbaycan manatının məzənnəsi hökümətin qərarından asılıdır. Əgər qərar versə ki, Azərbaycan manatı ucuzlaşsın, o zaman ucuzlaşacaq. Amma hətta bahalaşdıra da bilərlər. Dövlət Neft Fondu, misal üçün, ayda hərraca 200-300 milyon yox, 600 milyon dollar valyuta çıxarsa, bu zaman manatın məzənnəsi bahalaşacaq. Yəni, bunlar qərardan asılıdır".
Dollar dünyada yenə bahalaşır: Manatın aqibəti necə olacaq?Deputat, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə isə, artıq dollar əksər səbət valyutalara nisbətən möhkəmlənib:
"Ötən həftə "özünə gələn" Avropa pulu yenidən dollara qarşı ucuzlaşaraq 1 avro 1.04 dollaradək dəyər itirib. Əksər aparıcı valyutalar dollara nisbətən dəyər itirsələr də ABŞ birjalarında aktivlik müşahidə olunur".
O, həmçinin qeyd edib ki, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır:
"Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Onu da qeyd edək ki, FED-in uçot dərəcəsini bu qədər artırması 1994-cü ildən bəri ən yüksək artımdır.
Aydın Nuri

İqtisadiyyat       Tarix: 16 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber az dunyada son xeberler bu gunun xeberleri haqqinda melumat xeber.az bu gun