Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - VİDEO
Türk lirəsi son günlər yenidən dəyər itirməyə başlayıb. Qardaş ölkənin milli valyutası 1 dollar qarşılığında təqribən 16 lirəyə bərabər olub. Halbuki son həftələrə qədər bu rəqəm 14 lirə ətrafında idi.
Azərbaycanın ticarət əməliyyatlarında daha bir mühüm yer tutan valyutanın - avronun ucuzlaşma tempi də davam edir. İndi 1 avro 1 dollar 4 sent və ya 1 manat 76 qəpiyə təklif edilir.
azxeber.com xəbər verir ki, iqtisadçı ekspert Fuad İbrahimov "Xəzər Xəbər"ə deyib ki, əslində ABŞ Federal Ehtiyatlar Sistemi dolların uçot dərəcəsini artırdıqdan sonra, bu, dünyanın bir çox dövlətlərinin milli valyutalarına təsir etdi.
O ki qaldı, türk milli valyutasının ucuzlaşmasına, bunun üçün əlavə yeni faktorlar ortaya çıxmasa da, avrozonanın vahid valyutasının dəyər itirmə səbəbləri aydın görünür. Avropa fevral ayından etibarən, xüsusən Rusiya-Ukrayna savaşından bəri ticarət əməliyyatlarında mənfi saldoya düşüb.
Ekspert əlavə edib ki, həm avrozona ilə, həm də qardaş ölkə Türkiyə ilə Azərbaycanın sıx ixrac-idxal əməliyyatları var və bu regional iqtisadi hadisələr Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir. Lakin avro və lirənin ucuzlaşdığı ərəfədə Azərbaycanın göstərdiyi makroiqtisadi göstəricilər bütün mümkün təzyiqləri aradan qaldırıb.
Qeyd edək ki, son iki ayda Azərbaycanın Mərkəzi Bankının valyuta ehtiyatlarında cüzi azalma qeydə alınır. Ekspertin fikrincə, manatın möhkəmliyinin zəmanəti olan valyuta ehtiyatlarında baş verən bu azalma isə manata təhlükə yaratmır.

Tovuzda ana 3 aylıq körpəsini ataraq yoxa çıxdı - YENİLƏNİB
Tanınmış müğənni həbs edilib?
Referendum günü doğulan körpəyə elə bir ad qoydular ki
İsrail "Hizbullah"ın yüksək rütbəli rəhbərlərini öldürdü: biri Qasım Süleymaninin dostudur - FOTO
Müəllim dəm qazından boğularaq öldü
TƏCİLİ! Xamenei ailəsinin necə öldürüldüyü məlum oldu
Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - SENSASİON AÇIQLAMA
Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 44 nəfər işdən çıxarıldı
"Azərbaycanın daxili işlərinə qarışırıq, ertəsi gün isə xahiş edirik ki…
Türkiyə XİN: Ankara müharibədən kənarda qalmağa çalışır
Azərbaycan müdafiə xərclərini niyə artırıb? - Baş nazirdən AÇIQLAMA
Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir
Tramp: Bəzi ölkələr Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazırdır
Bakıda moped divara çırpıldı - Ölən var