Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısında

Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısındaABŞ dollarının qlobal valyuta bazarında mövqeyinin zəiflədilməsi ehtimalı dünya iqtisadiyyatında yeni müzakirələrə yol açıb. Xüsusilə Vaşinqtonun ixracı stimullaşdırmaq və ABŞ məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq məqsədilə daha zəif dollar siyasətinə üz tuta biləcəyi ilə bağlı ehtimallar diqqət çəkir.
Belə bir ssenari reallaşarsa, bu, ABŞ-ın nəhəng dövlət borcuna, qlobal ticarətə və dollarla sıx bağlı iqtisadiyyatlara necə təsir göstərəcək? Azərbaycan iqtisadiyyatı mümkün valyuta dəyişikliklərinə nə dərəcədə hazırdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, hazırda dolların zəifləyəcəyi ilə bağlı konkret rəsmi açıqlama yoxdur və bu məsələ yalnız ehtimal kimi qiymətləndirilə bilər.
Dollar zəifləyir, dünya iqtisadiyyatı dəyişir: Azərbaycan risk qarşısındaDolların zəiflədilməsi ixracı stimullaşdıra bilər
Ekspertin sözlərinə görə, əgər ABŞ tərəfindən məqsədli şəkildə dolların zəiflədilməsi siyasəti həyata keçirilərsə, bunun əsas səbəblərindən biri ölkənin ixrac potensialını artırmaq və milli məhsulların beynəlxalq bazarlarda rəqabət qabiliyyətini yüksəltmək ola bilər.
"İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, dolların dəyərdən düşməsi gözlənilir demək hələ tezdir. Bu, sadəcə bir fikirdir. Fərz etsək ki, dollar zəifləyib, bu zaman ABŞ və digər ölkələrin iqtisadiyyatında müəyyən dəyişikliklər baş verə bilər.
ABŞ dövləti tərəfindən bilərəkdən dolların zəiflədilməsi siyasəti həyata keçiriləcəksə, bu, bir növ ixrac potensialının artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar ola bilər".
ABŞ-ın borc yükü azalacaq?
G.Hüseynova qeyd edib ki, ABŞ-ın yüksək dövlət borcu da zəif dollar siyasəti ilə bağlı müzakirələrdə əsas amillərdən biridir.
Onun sözlərinə görə, dolların ucuzlaşması borcun nominal məbləğini aradan qaldırmır. Lakin inflyasiya və valyutanın dəyər itkisi müəyyən şərtlər daxilində borcun real yükünü azalda bilər.
"Dolların zəifləməsini ABŞ-ın böyük borc yükü ilə əlaqələndirsək, təbii ki, dolların dəyər itirməsi borcun real yükünü azalda və ödəniş qabiliyyətini müəyyən qədər asanlaşdıracaq.
Amma burada məsələ ondadır ki, dolların zəifləməsi faiz və inflyasiya ilə də əlaqəlidir. Borc silinmir, olduğu kimi qalır. Sadəcə inflyasiyanın təsiri nəticəsində onun real dəyəri müəyyən qədər azala bilər".
Qlobal ticarətdə dolların mövqeyi zəifləyə bilər
İqtisadçı bildirib ki, dolların zəifləməsi beynəlxalq ticarətdə valyuta diversifikasiyasını sürətləndirə bilər.
Hazırda qlobal ticarət əməliyyatlarının böyük hissəsinin dollarla aparıldığını xatırladan ekspert hesab edir ki, belə bir proses digər aparıcı valyutalara marağı artıra bilər.
"Beynəlxalq ticarət və alış-veriş əsasən dollar üzərindən həyata keçirilir. Dolların zəifləməsi nəticəsində müəyyən diversifikasiya baş verəcək. Digər yüksək dəyərə malik xarici valyutalara yönəlmə arta bilər".
Azərbaycan iqtisadiyyatı hansı addımları atmalıdır?
Azərbaycanın mümkün dəyişikliklərə hazırlıqlı olması məsələsinə də toxunan G.Hüseynova hesab edir ki, ölkə valyuta və ticarət siyasətində diversifikasiyanı gücləndirməlidir.
Ekspertin fikrincə, əsas məqsəd manatın sabitliyinin qorunması və valyuta bazarında baş verə biləcək dəyişikliklərin vətəndaşların gündəlik həyatında kəskin şəkildə hiss olunmamasıdır.
"Azərbaycan bu situasiyada mütləq diversifikasiya etməlidir. Manatın sabitliyini qorumalıyıq. Digər valyutalara keçid prosesi vətəndaşın hiss etməyəcəyi dərəcədə həyata keçirilməlidir".
Neftdən asılılıq əlavə risk yarada bilər
İqtisadçı Azərbaycanın neft gəlirlərindən asılılığının mümkün valyuta dəyişiklikləri fonunda əlavə risklər yarada biləcəyini də vurğulayıb.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatının yalnız neft gəlirləri hesabına formalaşdırılması uzunmüddətli perspektivdə dayanıqlı yanaşma deyil.
"Məlumdur ki, bu mərhələdə neftdən gələn gəlirlər hesabına təkcə iqtisadiyyatı formalaşdırmaq olmaz. Əks təqdirdə dolların zəifləməsi neft gəlirləri hesabına formalaşan Azərbaycan iqtisadiyyatı üçün müəyyən çətinliklər yaradacaq".
Milli valyutalarla ticarət genişləndirilə bilər
G.Hüseynova hesab edir ki, Azərbaycan qonşu və digər tərəfdaş ölkələrlə ticarətdə milli valyutalardan istifadə imkanlarını genişləndirə bilər.
Ekspert daha əvvəl Türkiyə tərəfindən irəli sürülmüş yerli valyutalarla ticarət ideyasının bu baxımdan aktuallaşa biləcəyini qeyd edib.
"Digər ölkələrlə, xüsusilə də həmsərhəd dövlətlərlə yerli valyutalar üzərindən ticarət əlaqələri qurula bilər. Türkiyənin daha əvvəl təklif etdiyi kimi, milli valyutalarla ticarət mexanizmlərinin genişləndirilməsi mümkündür".
Konkret strategiya üçün rəsmi qərar gözlənilməlidir
Ekspert sonda bildirib ki, dolların zəifləməsi ilə bağlı hələlik rəsmi qərar və ya açıqlama yoxdur. Buna görə də Azərbaycan üçün konkret iqtisadi strategiyanın müəyyənləşdirilməsi yalnız belə bir siyasətin hansı müddətə hesablandığı bəlli olduqdan sonra mümkün olacaq.
"Hələlik dolların zəifləməsi istiqamətində rəsmi açıqlama yoxdur. Rəsmi açıqlama olsa belə, prosesə qısamüddətli, ortamüddətli və uzunmüddətli perspektivlərdən yanaşmaq lazımdır.
Ən azı ortamüddətli xarakter daşımalıdır ki, biz diversifikasiya barədə danışa və digər xarici valyutalarla ticarət əməliyyatlarını genişləndirə bilək".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 15 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prokurorluq orqanlarının veteranları təltif ediliblər

Baş Prokurorluqda veteran əməkdaşlar Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileylərinin tamam olması münasibətilə tədbir keçirilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məluma

Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxıb

Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR

Fərdi sahibkarların sosial sığorta ödənişlərinin hesablanması qaydası dəyişib. 2026-cı il yanvarın 1-dən etibarən ödənişlər artıq fəaliyyət göstərilən əraziyə görə deyil, sahibkarın əldə etdiyi gəlirə əsasən hesablanır. yenisabah-

Dövlət Vergi Xidmətində yeni şöbə müdiri TƏYİNATI - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində yeni təyinat baş tutub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Əmiraslan Əliyev Təşkilati risklərin idarə edilməs

Doğum gününüz haqqınızda nə deyir

Böyük bir elmi araşdırmanın nəticələri, insanın doğulduğu həftənin gününün onun görünüşünə, xarakterinə və ya həyat uğurlarına təsir etdiyinə dair çoxdan mövcud olan inamı təkzib edib. . -a istinadən xəbər verir ki, ingili

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

Bankın bağlanması və ya lisenziyasının ləğvi həmin bankdan kredit götürən vətəndaşların borcunu avtomatik silmir. Borcalanın ödəniş öhdəliyi qüvvədə qalır. xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli -a açıqlamasında bildirib

Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə 34 yaşlı kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, şəhər sakini, 34 yaşlı E.Kərimov bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

Qaytarıla bilməyən kreditlər bağlanacaq

Azərbaycanda işini itirən vətəndaşların kredit borclarının sığorta şirkətləri tərəfindən qarşılanmasına imkan verən yeni mexanizmin tətbiqi gözlənilir. Bu qaydalar çərçivəsində müəyyən hallarda borcalanın ödəyə bilmədiy

Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA

"Bələdiyyə sənədinin mövcudluğu öz-özlüyündə torpaq sahəsinə çıxarış verilməsi üçün kifayət etmir. Əsas məsələ torpağın hansı hüquqi əsasla, hansı tarixdə, hansı prosedurla və hansı səlahiyyətli bələdiyyə tərəfində


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən görüntüleri bugünkü son xəbərlər xeber.az