Dollarla bağlı mühüm QƏRAR VERİLDİ

Dollarla bağlı mühüm QƏRAR VERİLDİDekabrın 12-13-də keçirilən iki günlük iclasdan sonra ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini dəyişməyərək illik 5,25-5,5 faiz səviyyəsində saxlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə FED-in saytında yerləşdirilən məlumatında deyilir.
Beləliklə, uçot dərəcəsi 2023-cü ilin iyul ayından bu səviyyədə qalıb.
Qeyd edək ki, FED-in bu il son iclasında uçot dərəcəsinin 5,25-5,5 faiz səviyyəsində saxlanılması gözlənilirdi. Treyderlər göstəricinin 25 faiz bəndi artırılaraq 5,5-5,7,5 faizə çatma ehtimalını cəmi 1,8 faiz qiymətləndirmişdir.
Hazırda əsas müzakirələr tənzimləyicinin dərəcəni indiki diapazonda nə qədər saxlayacağı və gələn il neçə dəfə azaldılması ətrafında aparılır. Reutersin sorğusunda iştirak edən 102 iqtisadçıdan 52-si uçot dərəcəsinin ən azı 2024-cü ilin iyuluna qədər azalmayacağına inanır. Respondentlərin demək olar ki, dörddə üçü (102 nəfərdən 72-si) bütün gələn il ərzində faiz dərəcəsinin 100 faiz bəndi azalaraq 4,25-4,5 faizə endiriləcəyini gözləyir. Eyni zamanda, ekspertlər ilin birinci yarısında sentyabr sorğusu ilə müqayisədə daha az faiz endirimi gözləməyə başlayıblar.
Dekabrın əvvəlində iqtisadçılardan fərqli olaraq treyderlər daha optimist idilər. Lakin keçən həftənin sonunda gözləniləndən daha güclü əmək bazarı məlumatları gələcək monetar yumşalma ilə bağlı gözləntiləri bir qədər soyudub. Belə ki, noyabr ayında iş yerlərinin sayı gözlənilən 180 min əvəzinə 199 min artıb, işsizlik səviyyəsi isə 3,9 faizdən 3,7 faizə düşüb.
Bu həftə noyabr ayındakı inflyasiya göstəricisi də açıqlanıb. Məlum olub ki, istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 0,1 faiz artıb. Ötən ay inflyasiyanın dəyişməz qalmasına baxmayaraq, baza inflyasiyası bir ay əvvəlki 0,2 faizə qarşı 0,3 faiz təşkil edib. Bu, həm də bazarda optimizmi azaldıb – treyderlər indi ən çox ehtimal olunan ssenari olaraq martda deyil, may ayında faiz endirimini gözləyirlər.
FED-in növbəti iclası 30-31 yanvar 2024-cü il tarixlərində baş tutacaq. Bazar tənzimləyicinin məzənnəni yenidən cari səviyyədə saxlayacağını 92,2 faiz ehtimalla gözləyir. 25 faiz bəndi artım ehtimalı 1,7 faiz, 25 faiz bəndi azalma ehtimalı isə 6,1 faiz qiymətləndirilir.Referans.az

Sosial       Tarix: 14 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər az qarabag havanın temperaturu hava durumu