Doqquz yaşlı qız edam olunmuş atasının borclarına görə cəzalandırılıb - FOTO
Doqquz yaşlı qız edam olunmuş atasının borclarına görə cəzalandırılıb - FOTO
Çində məhkəmə edam olunan kişinin borclarına görə onun doqquz yaşlı qızı Çen Manı cəzalandırıb.
Bu barədə "South China Morning Post" xəbər yayıb.
Məlumata görə, 2013-cü ildə kişi arvadını və qayınanasını öldürdüyünə görə edama məhkum edilib. O, cinayətdən bir müddət əvvəl evini təxminən 84 min dollara (142 800 AZN) satıb. Kişi məhkum olanda onun evi də müsadirə edilib, mənzil üçün pul ödəyən alıcı isə əliboş qalıb.
Bundan sonra alıcı məhkəməyə müraciət edib. Məhkəmə doqquz yaşlı qızın atanın varisi olduğu üçün borclarını da miras aldığına qərar verib.
Babasının yanında qalan Çen borcunu ödəyə bilmədiyi üçün "sanksiyalara" məruz qalıb - təyyarələrin və sürətli qatarların istifadəsinin qadağası da daxil, bir sıra "istehlak məhdudiyyəti" ilə cəzalandırılıb.
Çində bu təcrübə tez-tez borcluları ödəməyə cəlb etmək üçün istifadə olunur.
Baba hara müraciət etsə də, bir nəticə ala bilməyib. Nəhayət KİV-ə müraciət edib.
Bu məsələ yerli mediaya yayıldıqdan və geniş bir reaksiyaya səbəb olduqdan sonra məhkəmə "faciəvi ailə tarixini nəzərə alaraq" qərara yenidən baxıb və qızdan üzr istəyib.

Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb