DOST Agentliyi: 1 ildə 100 min vətəndaşa "bir pəncərə" dən 132 növ xidmət təqdim edilib
Prezident İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və onun 1 saylı DOST mərkəzinin (Səbail, Yasamal) açılışının bu gün 1 ili tamam olur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi ölkəmizdə dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verdi. DOST Azərbaycanın artıq yeni brendinə çevrilir.
DOST layihəsi üzrə bu 1 ildə 100 min vətəndaşa əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət "bir pəncərə"dən, tam şəffaf şəraitdə təqdim edildi. 96 faiz vətəndaş məmnunluğuna nail olundu. 330 mindən çox vətəndaş zəngi cavablandırıldı.
"Könüllü DOST" proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır və könüllü DOSTların sayı artıq 300-ə çatıb.
DOST mərkəzləri şəbəkəsi getdikcə genişlənir. 2019-cu ilin dekabr ayında Bakının Xəzər rayonunda 2 saylı Bakı DOST mərkəzi (Xəzər, Pirallahı) açılıb.
Yaxın günlərdə isə paytaxın Nizami rayonunda 3 saylı DOST mərkəzi açılacaq. Bu il həmçinin Binəqədi, Abşeron, Quba və Bərdə rayonlarında, Sumqayıt şəhərində DOST mərkəzlərinin təmir-tikinti işlərinə başlanılmaqla, bu işlərin sürətlə aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar