"DOST" mərkəzlərində peşəyönümü məsləhət kabinetləri qurulacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "DOST" mərkəzlərində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsini də nəzərdə tutur.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu məqsədlə həmin mərkəzlərdə xüsusi təchiz edilmiş peşəyönümü kabinetlərinin qurulması planlaşdırılır.
Peşəyönümü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Gənclər, işaxtaran və işsiz şəxslər peşəyönümü tədbirlərinə cəlb olunmaqla, onlar əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, dövlət məşğulluq xidmətləri barədə məlumatlandırılır. Onlarla müsahibə və testlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir.
Hazırda peşəyönümü xidmətləri nazirliyin məşğulluq orqanları tərəfindən təqdim edilir. Bu sahədə işlərin davamı kimi, ötən il həmin orqanlar vasitəsilə 135 minə, bu ilin 5 ayında 37,6 minə yaxın şəxsə peşəyönümü məsləhət xidməti göstərilib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar