Dövlət bağçalarının əksəriyyəti saat 18:00 olan kimi valideynlərdən övladlarını götürməyi tələb edir
"Dövlət bağçalarının əksəriyyəti 18:00 olan kimi valideynlərdən övladlarını götürməyi tələb edir. Əslində nizamnamələrində son uşaq götürülənə kimi tərbiyəçinin qalması qeyd olunubsa, niyə buna əməl edilmir?"
Azxeber.com xəbər verir ki, bu sözləri Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib.
Təşkilat sədri deyib ki, valideynlər bu məsələdən çox narahatdır:
"Uşağını tək böyüdən ana 18:00-19:00-da işdən çıxırsa və yolda itirdiyi vaxtı nəzərə alaraq bu tələbi yerinə yetirməyi mümkünsüz olur. Nəzərə almaq lazımdır ki, ananın övladını əmanət edəcəyi bir kimsəsi yoxdur. Bir tərbiyəçiyə maaş əlavəsi verməklə bu mexanizmi qurmaq mümkündür. Amma təəssüf ki, bu çərçivədə heç bir nəzarət mexanizmi yoxdur. Son bir ayda 5-ci müraciətlə qarşılaşırıq.
O aidiyyatı qurumlara da müraciət edib: "Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi məsələyə müdaxilə edilməlidir. Himayəsində azyaşlı övladı olan tək valideynlər min bir əziyyətlə iş tapıb ailəsini maddi təmin etməyə çalışır".


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR