Dövlət büdcəsinin icrası təsdiq edildi

Dövlət büdcəsinin icrası təsdiq edildiAzərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, qeyd olunub ki, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 1050,1 milyon manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1709,2 milyon manat və ya 7,6 faiz çox icra təmin olunub.
Büdcənin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12853,8 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1303,9 milyon manat və ya 11,3 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, 2019-cu il dövlət büdcəsinin xərcləri 25190,0 milyon manat proqnoza qarşı 24425,9 milyon manat və ya 97,0 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1694,3 milyon manat və ya 7,5 faiz çoxdur.
2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 milyon manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1974,5 milyon manat və ya 17,1 faiz çox), 9372,2 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 milyon manat və ya 4,8 faiz çox), 1524,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Qeyd olunub ki, 2019-cu il dövlət büdcəsi xərclərinin 31,8 faizi və ya 7761,3 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib və bu 2018-ci illə müqayisədə 564,8 milyon manat və ya 7,8 faiz çoxdur.
Müzakirələrdən sonra məsələ səsə qoyularaq ikinci oxunuşda təsdiq edilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 14 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər