Dövlət katibi: SOCAR Rumıniyada iştirakını genişləndirmək üçün fürsət əldə edə bilər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyadakı fəaliyyətini genişləndirmək üçün fürsət əldə edə bilər.
Milli.Az bildirir ki, bunu Trend-ə Rumıniya İqtisadiyyat, Enerji və Biznes Mühit Nazirliyinin dövlət katibi Nikulae Xavrilet deyib.
N.Xavrilet qeyd edib ki, ötən il Rumıniyanın "Romgaz" şirkəti SOVAR-la əməkdaşlıq şəraitində xarici bazarlarda fəaliyyətini genişləndirmək, yeni imkanları araşdırmaq və biznesinin inkişaf etdirilməsi üçün effektiv yolları müəyyənləşdirməkdə maraqlı olduğunu bildirib.
"Azərbaycan tərəfi "Romgaz" ilə əməkdaşlıq şəklində Qara dənizdəki yataqların kəşfiyyatı və işlənib hazırlanmasında maraqlı olduğunu bildirdi. Bu mövzu Bakıda fevral ayında keçirilən Cənub Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının son iclası çərçivəsində iki şirkət arasında əlavə olaraq müzakirə edildi".
Dövlət katibi qeyd edib ki, SOCAR-ın fəaliyyəti əsasən Xəzər dənizinə yönəlsə də, Qara dəniz Xəzər regionu ilə Avropa bazarı arasında vacib enerji körpüsüdür:
"Rumıniya Qara dəniz sahillərində strateji mövqeyə malikdir və Xəzər dənizi və Qara dənizdəki enerji resurslarının Mərkəzi və Şərqi Avropaya çatdırılmasında öz töhfəsini verə bilər".
O, həmçinin əlavə edib ki, Qara dəniz əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir və Cənub Qaz Dəhlizi üçün əlavə mənbələr kimi Azərbaycan üçün də maraqlı ola bilər:
"Bu baxımdan, yaxın gələcəkdə Rumıniya Mineral Ehtiyatlar Agentliyi tərəfindən yeni tenderlər elan ediləcək və bu, SOCAR-a Rumıniyada iştirakını genişləndirmək üçün bir fürsət verə bilər".
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar