Dövlət Neft Fondunun büdcəsinə dəyişiklik edilir
Avqustun 20-də Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə şuranın videoformatda növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda Dövlət Neft Fondunun uzunmüddətli dayanıqlılığı məsələləri də ətraflı müzakirə olunub.
Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEC+ anlaşması üzrə hasilatın azalması və dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.
Dövlət Neft Fondunun büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.
Milli.Az /news.milli.az
Xidmetler [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar