Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm
Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır.
KONKRET.azLent.az-a istinadla xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Real TV-yə müsahibəsində bildirib.
"Bu yaxınlarda Anım gününü keçirdik. Qarşıdan da Zəfər günü gəlir. 44 gündə zəfər çalmaq, torpaqları işğaldan azad etmək hər adama, hər dövlətə nəsib olmur. İstəyirəm ki, insanları bir daha səslənim: "Bizim dövlətimiz yoxdursa, məscidimiz də yoxdur". Vaxtilə bizim həmyerlilərimiz torpaqlardan yalınayaq didərgin düşəndə niyə heç kim danışmırdı?
Mən dövlətimə inanıram. Bu problemin də həll olunacağını düşünürəm. Məsələnin adını hicab qoyurlar ki, daha təsirli olsun, insanlara, müsəlmanlara təsir göstərsin. Bu məqsədli addımdır. Elm və Təhsil Nazirliyi vasitəsilə bu məsələnin həll olunacağına inanıram. Prezident İlham Əliyevin İslam dininə olan münasibəti hamıya bəllidir.
Biz dindarlar bu gün dövlətimizin, dövlət rəhbərimizin yanındayıq. Çünki bu gün danışılanlar dini səpkidən çıxarılıb, dövlətçiliyə qarşı aparılan siyasət kimi qəbul olunur. Bütün dindarlar dövlətimizi dəstəkləməlidir. Bu dövlət bizə şəhidlərdən, şəhid analarından əmanətdir. Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər".

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Dollar bu gün neçəyə satılır?
Qaradağda məktəb direktorunun maşını yandırıldı
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb