"Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq"

"Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq"Dövlətin iqtisadiyyatda iştirakı stimullaşdırıcı vergi siyasətində də əksini tapacaq
Milli.Az xəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov Trend-ə bildirib ki, yaxın perspektivdə Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin formalaşması gözlənilir.
Onun sözlərinə görə, dünya iqtisadiyyatında yeni böhran dalğasının formalaşması, eyni zamanda neft qiymətlərinin kəskin şəkildə enməsi və koronovirus pandemiyasının sürətlə yayılması bütün milli iqtusadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib: "Biz bunu günbəgün hiss edirik. Nəzərə almaq lazımdır ki, mövcud xarici iqtisadi şoklara adaptasiya olunmaq, onların nəticəsində milli iqtisadiyyatın dayanıqlığını qorumaq kifayət qədər mürəkkəb prosesdir. Hesab edirəm ki,bu prosesdən yalnız yeni formatda iqtisadi idarəetmə sisteminin qurulması ilə dayanıqlı şəkildə çıxmaq mümkündür.
Milli iqtisadiyyatlarda dövlətin iqtisadi proseslərə müdaxiləsinin daha aktiv şəkildə reallaşdırılan, səmərəli strateji planlaşdırma sistemi qüvvədə olan ölkələrdə proseslərə akekvat reaksiaynın verilməsi daha effektiv şəkildə həyata keçirilir. Bu baxımdan, Azərbaycanda da iqtisadi idarəetmə sistemi yeni formatda təşkil olunacaq.
Ölkə başçısı tərəfindən ötən ildən başlayaraq sosial yönümlü tədbirlərin həyata keçirilməsi, sosial paketin əhatəsinin böyüməsi, daxili bazarın genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi, fiskal yükün yüngülləşdirilməsi ilə bağlı qərarlar, vergi manevri yeni yanaşmaya hazırlıq mərhələsi idi. Bu gün görürük ki, hadisələr sürətlənib və bu ağır iqtisadi konyukturada, şübhəsiz ki, dövlətin iqtisadiyyatda iştirakı xeyli dərəcədə çoxalmalıdır.
Qeyd edək ki, bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu, həmçinin İşçi Qrup yaradılıb. İşçi Qrupun əsas məqsədi xarici iqtisadi şokların yumşaldılması və effektiv idarəetmə formatının tapılmasıdır. İndiki vəziyyətdə dövlət, ilk növbədə, əhalinin geniş təbəqələrinin sosial müdafiəsini təmin etməlidir. Burada maliyyə resurslarının ayrılması vacibdir. Ancaq yanaşmalar yalnız maliyyə resurslarının ayrılması ilə məhdudlaşmamalıdır, həm də adekvat qaydada yeni idarəetmə modeli ilə yeni institutların yaradılması, yeni iqtisadi sferaların dəstəklənməsi, onların inkişafının stimullaşdırılması, əmək resusrlarının lazımi istiqamətlərə yönləndirilməsi ilə davam etdirilməlidir. Ona görə də dövlətin iqtisadiyyatda iştirakı həm stimullaşdırıcı büdcə-vergi siyasətində, həm sosial müdafiə sisteminin gücləndirilməsində, həm pul-kredit siyasətində, həm də xarici ticarətdə öz əksini tapacaq. Xüsusilə, vergi güzəştlərinin tətbiqi və sahibkarlığın dəstəklənməsi istiqamətində çevik siyasətin yeridilməsi zəruridir. Lakin, vergi güzəştləri və ya vergi tətilləri tətbiq olunarkən fəaliyyətini şəffaf quran, bir müddətdir müvafiq dövlət qurumlarının sahibkarlara qarşılıqlı etimadla bağlı ünvanlandığı müraciətlərə adekvat cavab verən vergi ödəyiciləri nəzərə alınmalı, onlar dövlətin qayğısı altında olmalıdırlar.
Bunlarla yanaşı, qısa müddətdə ölkədən kapital çıxışı ilə bağlı mənfi halların qarşısı alınmalı, valyuta bazarında möhtəkirliklə məşğul olan şəxslərin fəaliyyəti məhdudlaşdırmalıdır. Müəyyən istiqamətlərdə valyuta məhduduyyətlərinin tətbiqi olduqca zəruridir.
Bütün bu tədbirlərin bütövlükdə idarəetmə modelinin tamamilə yeni əsaslarla qurulmasını ehtiva edir və ümidvaram ki, yaxınmüddətli perspektivdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni format və yanaşmaların tətbiqinin şahidi olacağıq".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber xəbər.az cəbhədən son məlumatlar sonxeberler