DST: sağlam olmaq istəyirsinizsə, şəkil çəkin, mahnı oxuyun, rəqs edin

DST: sağlam olmaq istəyirsinizsə, şəkil çəkin, mahnı oxuyun, rəqs edinİncəsənətin sağlamlığa müsbət təsiri haqqında genişmiqyaslı yeni tədqiqatı BMT-də sözün həqiqi mənasında "inqilabi araşdırma" adlandırıblar. Bu araşdırmanın müəllifləri inandırıcı şəkildə sübut edirlər ki, musiqi, rəssamlıq və rəqs bir sıra xəstəliklərin profilaktikası üçün təsirli vasitə olmaqla bərabər, həm də səmərəli "dərman" hesab edilə bilər.
Kopenhagendə təqdim olunmuş məruzənin müəllifləri 900-dən çox beynəlxalq nəşrdə dərc edilmiş faktiki məlumatlar əsasında bildirirlər ki, incəsənət insan sağlamlığına bütün həyatı boyu - ana bətnində inkişafa başladığı gündən ömrünün sonuna qədər müsbət təsir göstərir.
Milli.Az bildirir ki, AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, əgər balaca uşaqlar yatmazdan əvvəl valideynləri onlar üçün kitab oxuyursa, belə uşaqlar gecə daha rahat yatır, dərslərdə daha diqqətli olur və üstəlik, bu uşaqların öz valideynləri ilə emosional əlaqəsi möhkəmlənir. Dram dərnəklərində məşğələlər gənclərin qərar qəbul etmək və zorakılıqdan qorunmaq məsələlərinə daha məsul yanaşmalarına kömək edə bilər. Musiqi isə ahıl yaşda demensiyaya meyilli insanların koqnitiv funksiyalarını dəstəkləyə bilər. Araşdırmalar göstərir ki, mahnı oxumaq diqqəti yaxşılaşdırır, gündəlik həyatda fəaliyyət qabiliyyətini artırır.
Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru vəzifəsini icra edən Piroska Ostlin deyir: "Bəşəriyyət penisillin və ya genetika nə olduğunu biləndən çox-çox əvvəl insanlar musiqi və rəngkarlığı yaradıblar. Bizim öz ümid və qorxularımızı bildirmək ehtiyacımız, ətraf mühiti qavramağımız və bu barədə başqaları ilə bölüşmək tələbatımız aclıq və susuzluğun rəf edilməsi qədər zəruridir. Buna görə də təəccüblü deyil ki, incəsənət bizim sağlamlığımıza və salamatlığımıza müsbət təsir göstərə bilər".
İnsanlar özlərini incəsənətdə ifadə etməyə həmişə ehtiyac duyublar. Bu gün məlum olub ki, incəsənət həm də səmərəli "dərmandır".
İncəsənət profilaktik funksiyadan əlavə, bəzən dərman rolu oynayır və "klinik əhəmiyyətli nəticələr" verir. Piroska Ostlin deyir: "DST-nin bu inqilabi məruzəsində göstərilıən nümunələr sübut edir ki, incəsənət diabet, piylənmə və ruhi pozğunluq kimi "məkrli" və mürəkkəb problemlərinin həlli kömək edə bilər. Müəlliflər sağlamlıq və salamatlıq anlayışlarını daha geniş sosial kontekstdə araşdırır və indiyə qədər tibbi metodlarla həll edilməsi mümkün olmayan problemlərin aradan qaldırılmasına yeni yanaşmalar təklif edirlər".
Məsələn, musiqi və yaradıcılığın müxtəlif növləri xərçəng xəstəliyinin yanaşı effektlərini, o cümlədən yuxuculluq, iştahsızlıq, təngnəfəslik və ürəkbulanma kimi halları yüngülləşdirməyə kömək edir. İntensiv terapiya şöbəsinə düşmüş pasiyentlərin musiqi və əl işləri ilə məşğul olması onların təşviş və ağrı hissini yüngülləşdirir, arterial təzyiqini azaldır. Bir sıra ölkələrdə geniş yayılmış klounada isə həm xəstə uşaqların, həm də onların valideynlərinin əhvalını yaxşılaşdırmağa kömək edir. Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəki fəallığını xeyli artırır.
Məruzədə göstərilən məlumatlar sübut edir ki, incəsənətin müxtəlif növləri zədələnmiş insanların sağalmasına, nevroloji pozğunluqları, o cümlədən autizm, serebral iflic və insult keçirmiş insanları dəstəkləməyə kömək edir. İncəsənət ahıl insanlar üçün palliativ dəstək rolu oynayır, bu şəxsin doğmaları isə onun ölümünü sakit qarşılayırlar.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, art-terapiyanın bəzi növləri standart bioloji-tibbi müalicə metodları ilə müqayisədə yaxşı klinik nəticələr verməklə bərabər, həm də iqtisadi baxımdan daha sərfəli ola bilər.
Bundan əlavə, art-terapiya həm fiziki, həm də psixoloji problemləri həll edir və bir sıra dərman vasitələrindən fərqli olaraq neqativ effekt doğurmur.
Dünya Səhiyyə Təşkilatı ölkələrin hökumətlərinə incəsənət köməyi ilə sağlamlığı dəstəkləmək proqramları yaratmağı, incəsənət və mədəniyyət sahəsində çalışan müəssisə və təşkilatların fəaliyyətinə səhiyyə məsələlərinin də daxil olunmasını, həmçinin tibb işçilərinə art-terapiya metodlarının öydərilməsini tövsiyə edir.
Məruzədə incəsənətin beş növündən söhbət gedir. Bu növlərin hər biri öz növbəsində bir sıra istiqamətləri əhatə edir: ifaçılıq sənəti (musiqi, rəqs, oxuma, teatr, kino); vizual incəsənət (əl işi, dizayn, rəngkarlıq, fotoqrafiya); ədəbiyyat (bədii yaradıcılıq, qiraət, ədəbi festivallarda iştirak); mədəni tədbirlərdə iştirak (muzeylərə, qalereyalara, konsert və teatra getmək); internet-incəsənət (animasiya, rəqəmsal incəsənət və s.).
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 13 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Qriplə əlaqədar epidemioloji vəziyyət

"Hazırda, qrip və kəskin respirator virus infeksiyaları ilə əlaqədar epidemioloji vəziyyət stabil və nəzarətolunandır". bildirir ki, bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Xərçəng riskini azaldan orqan - Alimlərdən yeni kəşf

Tibb dünyasında uzun illərdir yetişkinlərdə funksiyasını itirdiyi düşünülən və bəzən cərrahi yolla çıxarılan timus vəzinin əslində immun sistemini gücləndirərək xərçənglə mübarizədə və ürək sağlamlığında önəmli rol oynadığ

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Ekspertdən xəbərdarlıq: Rütubətli havada BUNLARI EDİN

Yağışlı və rütubətli hava şəraiti mövsümi xəstəliklərin artmasına, immun sisteminin zəifləməsinə və orqanizmin ümumi müqavimətinin aşağı düşməsinə səbəb olur. Belə dövrlərdə düzgün qidalanma təkcə sağlam qalmaq üçün deyil

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün son.xeberler cəbhədən son xəbərlər son xəbərlər azərbaycanda