DSX İranla sərhəd yaxınlığında şübhəli avtomobil saxladı - narkotik aşkarlandı
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Bəhrəmtəpə-Biləsuvar avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə hərəkətdə olan ağ rəngli "Mersedes-Benz" markalı 10-UL-622 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, avtomobilin sərnişininin Astara rayon sakini 1992-ci il təvəllüdlü Nəsirov Qismət Tahir oğlu olması müəyyənləşdirilib, ona məxsus bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 5 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb.
Bundan başqa, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Məsçidməhəllə kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda 1 ədəd bağlama aşkar edilib, baxış zamanı içərisində ümumi çəkisi 550 qram "tiryək" narkotik vasitəsinə bənzər maddə və 100 ədəd Tamol-x 225 psixotrop tərkibli dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR