DTX dövlətə xəyanət edən şəxsi ələ keçirdi

DTX dövlətə xəyanət edən şəxsi ələ keçirdiAzərbaycan vətəndaşlarını xaricdə xüsusi xidmət orqanlarına əməkdaşlığa təhvil verən, əməkdaşlıq etməyənlərin həmin xarici ölkədə həbs edilmələrinin təşkilində iştirak edən "Abu Malik" təxəllüslü şəxs müəyyən edilərək ələ keçirilib.
azxeber.com report-a istinadən xəbər verir ki, bu barədə 18 iyul 2025-ci ildə keçirilmiş məhkəmə baxışı materiallarından məlum olur.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində 2022-ci ilin sentyabr ayından xarici xüsusi xidmət orqanları ilə "Abu Malik" təxəllüsü ilə əməkdaşlıq edən həmin şəxsin Azərbaycan vətəndaşı Əliyev Məhəmməd Şirin oğlu olduğu məlum olub.
Bu əməlləri xarici ölkə ərazisində törədən Məhəmməd Əliyev DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə ələ keçirilərək Azərbaycanda məhkəmə qarşısına çıxarılıb.
Məlum olur ki, öz ətrafında radikal dini təriqətə meyilli şəxslərdən ibarət terror-təxribat qruplaşması formalaşdırmağa çalışan və bunun üçün vətəndaşlarımızı tələyə salan Məhəmməd Əliyev özü əməliyyatçılarımızın qurduğu tələyə düşüb.
Hazırda DTX-də davam edən cinayət işi üzrə Məhəmməd Əliyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülərək, barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sosial       Tarix: 21 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda zəncirvarı qəza olub - FOTO

Paytaxt Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, qəza paytaxtın Elşən Süleymanov küçəsində qeydə alınıb. Belə ki, "Mercedes", "Toyota Prius" və "BYD"

Bakı və Astara sakinlərinin nəzərinə

Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, iyulun 20-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ

Ucuz bilet almaq istəyənlərin diqqətinə - Açıqlama

İstirahət mərkəzləri, hotellər və ya turizm xidmətləri üçün bazar qiymətindən xeyli aşağı məbləğ təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş alınması, lakin sonradan xidmətin göstərilməməsi və ya ümumiyyətlə belə təklifi

Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI

2026-cı il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında bir sıra universitetlər üzrə artım, bəzilərində isə azalma qeydə alınıb. -un məlumatına görə, 2025-ci illə müqayisədə ən böyük say artım

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində həyatını itirən motosiklet sürücüsü Nihad Allahverənovun fotosu yayılıb. Hadisə ötən gün baş verib. Qəza "Opel" markalı minik avtomobili il

Tahir Əmiraslanovdan yeni trendə sərt reaksiya: "Milli mətbəxin axırına çıxırlar

Sosial şəbəkələrdə menyularda "xoruz dəyməyən toyuq", "dəcəl quzu" və "cavan quzu" kimi qeyri-adi adlarla təqdim olunan yeməklər geniş müzakirələrə səbəb olub. Yumor məqsədilə seçildiyi görünə

Belə evləri alanlar uduzur - Açıqlama

Son illərdə daşınmaz əmlak bazarında qiymət dəyişiklikləri alıcıların diqqət mərkəzindədir. Bir çox vətəndaş mənzil alarkən yalnız hazırkı qiymətə deyil, onun gələcəkdə dəyərinin artıb-artmayacağına da önəm verir. . Mənzili

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xəbər verir ki, ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildə

Neft bahalaşdı: Brent 96 dolları keçdi

Dünya bazarında neftin qiyməti yüksəlişini davam etdirərək 96 dollar həddini keçib. KONKRET.azxəbər verir ki, Londonun "ICE" birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 2,08 ABŞ dolları (2,21%


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün bu gune olan xeberler xeber.az bu gun sonxeber.az