"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO

"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubayda dünyanın ən nüfuzlu və əlamətdar aviakosmik tədbirlərindən biri olan illik "Dubai Air Show 2019" aviasalonu və sərgisi keçirilir. Sərgidə aviasiyanın müxtəlif sahələrindən olan şirkətlərin təmsil etdiyi 60-dan çox ölkə iştirak edir.
Sərgidə "Azərbaycan Hava Yolları"nın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Azərbaycan nümayəndə heyəti "Boeing" şirkətinin rəhbərliyi ilə uzaq magistrallı "Boeing 787 Dreamliner" təyyarələrinin təchizatı ilə bağlı görüşmüşdür. Bu tipli iki təyyarə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən artıq istifadə olunmaqdadır.
Sərgi çərçivəsində Eldar Hacıyev "Airbus" konsernin kommersiya direktoru Kristian Şerer (Christian Scherer) ilə görüşüb. Danışıqların əsas mövzusu "Airbus A320Neo" və "Airbus А220" kimi yeni nəsil təyyarələrin texniki və kommersiya xüsusiyyətləri ilə tanışlıq olub.
Avropanın aparıcı təyyarə konserninin bu təyyarələri özlərini doğrultmuş və öncəki nəsil təyyarələrin təkmilləşdirilmiş versiyasıdır. "Airbus" şirkəti artıq bu təyyarənin təchizatı ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən çoxlu sayda sifariş alıb. 
Azərbaycan nümayəndə heyəti aviasalonda bir sıra nəhəng maliyyə şirkətləri ilə təyyarə parkının yenilənməsi proqramlarının maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparıb. Hava gəmilərinin istismarının iki növü nəzərdən keçirilib – əməliyyat və maliyyə lizinqi.
Həmçinin AZAL-ın aviasalonda iş proqramı çərçivəsində pilotların təlim və lisenziyalaşdırılması üçün mülki aviasimulyatorların "FlightSafety International" kimi aparıcı təchizatçıları ilə danışıqlar aparılmışdır. Milli Aviasiya Akademiyası üçün "Embraer E190-E1" aviasiya trenajorunun əldə edilməsi gözlənilir. Yeni trenajor kompleksi "Buta Airways" aviaşirkətinin pilotlarının tam təlim və lisenziyalaşdırılması üçün imkan yaradacaq. 
AZAL-ın nümayəndə heyəti Dubayda "GE Aviation" şirkətinin vitse-prezidenti Ceyson Toniç (Jason J Tonich) ilə danışıqlar aparıb. "GE Aviation" müxtəlif modifikasiyalı, həmçinin "Azərbaycan Hava Yolları"nın donanmasına daxil olacaq yeni sərnişin təyyarələrinin mühərriklərinin aparıcı təchizatçılarındandır. 
Aviaşouda mühüm hadisələrdən biri də "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin (AZANS)  direktoru Fərhan Quliyev və Macarıstan aeronaviqasiyası "HungaroControl"un icraçı direktoru Kornel Szepessy arasında Avropa və Avrasiya hava limanlarının aeronaviqasiya məlumatlarının mübadiləsi üçün mərkəzləri Budapeşt və Bakıda olmaq ilə rəqəmsal magistralın yaradılması haqqında müqavilənin imzalanması olub. 
İmzalanan saziş Avropa Birliyi ilə Avrasiya arasında aviasiya məlumatlarının ötürülməsi üçün sabit rəqəmsal magistral kanalının yaradılmasına, habelə aviasiya məlumatlarının Bakıdakı 
serverlərdə saxlanılması və daha sonra Avrasiyanın aviasiya istifadəçilərinə ötürülməsinə imkan verəcək.
Bu əməkdaşlığın strateji məqsədi hava nəqliyyatının idarə olunması sahəsində kritik məlumatların etibarlı və təhlükəsiz mübadiləsini təmin etməkdir ki, bu da öz növbəsində Avropa ilə Avrasiya arasında kəsilməz və funksional əlaqəni təmin edəcək.
Hələ 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən "Digital Transformation Day" konfransı zamanı AZANS və "HungaroControl" belə sistemlərin hava naviqasiyası sahəsindəki texnoloji inqilabın əsasını təmin edəcəyini bildiriblər.
"Al Heya Holding"in prezidenti Abdulla Əl-Mansuri (Abdullah Al Mansoori), Avstriyanın tikinti korporasiyası "Waagner-Biro"nun sahibi və icraçı direktoru Yoqan Sişka (Johann Sischka) ilə geniş görüş keçirilib. Görüşdə Heydər Əliyev Beynəlxalq Aeroportunun infrastrukturunun inkişafı və BƏƏ-nin nəhəng şirkəti tərəfindən investisiyanın ayrılması məsələləri müzakirə edilib.
"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTO"Dubai Air Show 2019" sərgisində "Azərbaycan Hava Yolları" bir sıra önəmli razılaşmalara imza atdı - FOTOAvstriyanın "Frequentis" şirkətinin prezidenti Norbert Haslaher (Norbert Haslacher) ilə görüşdə "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsində ən yeni nəsil rəqəmsal rabitə sisteminin tətbiqi ilə bağlı layihə müzakirə edilmişdir. "Frequentis" texnologiyaları ABŞ-ın aerokosmik agentliyi NASA da daxil olmaqla dünyanın aparıcı aviasiya provayderləri tərəfindən istifadə olunur.

Turizm       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal bugun xəbərlər.com cəbhədən son xəbərlər 2026 son.xabar