Dünya supergücünün görünməyən tərəfi: ABŞ-da prezidenti "Dərin Dövlət" seçir, yoxsa demokratiya?

Dünya supergücünün görünməyən tərəfi: ABŞ-da prezidenti ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca kimin qalib olacağı ilə bağlı müzakirələr getdikcə çoxalır. Bu mənada fərqli fikirlərin səsləndirildiyinin şahidi oluruq. Bəs görəsən, ABŞ-da kimin daha çox seçilmək şansı var? Ümumiyyətlə, ABŞ-da prezidenti "Dərin Dövlət", yaxud gizli qüvvələr seçir, yoxsa bu proses həqiqətən də demokratik yolla baş verir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində demokratiya məsələsini bir kənara qoymaq lazımdır:
Dünya supergücünün görünməyən tərəfi: ABŞ-da prezidenti "Çünki orada seçkilər bir neçə üsulla keçirilir. Həm elektron qaydada, həmdə kağız formatında seçkilər keçirildiyi üçün, demokratiya məsələsi arxa planda qala bilər. Üstəlik, "Dərin Dövlət"in, böyük güclərin, maraq qruplarının bu seçkiyə təsirləri çox böyükdür. Hesab edirəm ki, ABŞ-dakı seçkilərdə son günə qədər kimin prezident seçiləcəyi qapalı olaraq qalır. Çünki "Dərin Dövlət"in maraqlarına xidmət edəcək şəxs kimdirsə, onun seçkidə qalib gəlmək şansı daha genişdir. Amerikalılar özləri də söyləyirlər ki, onlar seçkini özlərinə yox, dünya üçün keçirirlər. Bu baxımdan ABŞ-dakı seçkilərdə Tramp və ya Harrisin qalib gələcəyini demək çətindir. Eyni zamanda dünyada baş verən proseslərin ABŞ seçkilərinə böyük təsiri var. Əgər beynəlxalq siyasətdə stabillik olacaqsa, o zaman demokratların qalib gəlmək şansı daha çoxalacaq. Çünki onlar vəziyyəti stabilləşdirməyə çalışan tərəfdirlər. Əksin, dünyada hansısa proseslər yaşanacaqsa, o zaman Trampın qalib gəlmək şansı çoxala bilər. Ona görə də, prosesi son saata qədər gözləməkdən başqa yolumuz yoxdur".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 02 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber metbuat xeberleri xeber son xeberler azerbaycan