Dünyada inflyasiya son illərin ən yüksək həddindədir - ƏTRAFLI

Dünyada inflyasiya son illərin ən yüksək həddindədir - ƏTRAFLI2021-ci il üzrə 30 ölkədə 20 000-dən çox insan arasında sorğu keçirilib və sorğuda iştirak edənlərin yarısından çoxu xərclərinin il ərzində əhəmiyyətli dərəcədə artdığını bildiriblər.
KONKRET.az xəbər verir ki, istehlakçılar ərzaq, kommunal, nəqliyyat, hətta xidmətlərlə bağlı xərclərində belə əhəmiyyətli artım hiss ediblər.
Mütəxəssislərin fikrincə, enerji sektorundakı qiymət artımı inflyasiyada əsas drayver rolunu oynayıb. Eləcə də, pandemiyanın səngiməsi ilə karantin rejiminin yumşaldılmasından sonra iqtisadi bərpa ərəfəsində yaranan xammal və hazır məhsul çatışmazlığı da inflyasiyaya təsir edən amillər kimi qeyd edilib.
Dünya iqtisadiyyatında istiqamətləndirici rola malik olan ölkələrdə inflyasiya göstəriciləri son onilliklərin maksimumu həddində olub. Noyabr ayında bir çox ölkələrdə ilin ən yüksək inflyasiya göstəriciləri qeydə alınıb.
ABŞ Konqresinin İqtisadiyyat Komitəsi 2021-ci ilin noyabr ayı üzrə hesabat təqdim edib. Sənəddə inflyasiyanın cəmiyyətin yoxsul təbəqəsinə daha sərt təsir etdiyini təsdiqləyib. ABŞ-da noyabr ayı üzrə açıqlanan illik inflyasiya həcmi 6,8 faiz olub. Bu, 1982-ci ilin iyun ayından bəri ölkədə qeydə alınan ən yüksək inflyasiyası və son 39 ilin antirekordudur. Ölkədə neftin qiyməti 6,1 faiz artıb və paralel olaraq artım ikinci əl avtomobil bazarında, kirayə və qida məhsullarının qiymətlərində də müşahidə olunub. Noyabrda aylıq inflyasiya 0,8 faizi təşkil edib.
Eləcə də, Çində noyabr ayında son 26 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehsalçı qiymətləri indeksi noyabrda keçən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz, istehlak qiymətləri indeksi isə illik müqayisədə 2,3 faiz artıb.
Ərzaq məhsullarının qiymətləri 1,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,5 faiz, istehlak mallarının və xidmətlərin qiymətləri 2,9 və 1,5 faiz, yanvar-noyabr aylarında ölkə üzrə istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 0,9 faiz artıb.
Həmçinin, digər nəhəng sənaye ölkələrində olduğu kimi Koreyada da inflyasiya yüksək olub. 2021-ci ilin üçüncü rübü ərzində istehlak qiymətləri 2,6 faiz artıb. Bu, son 9 ilin ən yüksək inflyasiya göstəricisidir. Ərzaq və qeyri-alkoqollu içkilərin qiyməti 2021-ci ilin birinci rübündə 8,2 faiz, ikinci rübündə 7,3 faiz, üçüncü rübündə 5 faiz artıb.
Cənubi Afrikada da inflyasiya ən yüksək hesab ediləcək həddədir. 2016-cı ildən bu yana ilk dəfə Cənub Afrikada qiymət artımı bu qədər yüksək olub. Belə ki, ötən illə müqayisədə 2021-ci ilin noyabr ayında istehsal qiymətləri 8,1 faiz ilə 9,6 faiz arasında artıb. Neft məhsullarının, metal, plastik, maşın və avadanlıqları üzrə illik 22,8 faiz artım qeydə alınıb. Qiymət artımı qida məhsullarında 12,6 faiz, elektrik enerjisində 19 faiz, içkilər və tütün məhsullarında 5,4 faiz olub.
Ümumilikdə enerji məhsullarının qiymətlərində 22,1 faiz artım ümumi inflyasiyadan xeyli yüksək olub. Bu ilin ikinci yarısından etibarən enerji qiymətlərində artım ardıcıl olaraq aylar üzrə davam edib. İl ərzində mazut qiymətləri iki dəfə artıb, yanacaq isə 43,2 faiz bahalaşıb. Təbii qazın dəyərinin 9,6 faiz, elektrik enerjisinin dəyərinin 3,1 faiz artması istehlak məhsullarının qiymətlərini də yüksəldib.
Cari ilin noyabr ayında əvvəlki ilin eyni ayına nisbətən ərzaq qiymətləri 4,5 faiz artıb. Ərzaq qiymətlərində artım taxılın, xüsusilə də buğdanın bahalaşması hesabına yaranıb. Taxılın qiyməti 2020-ci ilin eyni ayı ilə müqayisədə 33 faiz artıb.

Sosial       Tarix: 28 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət havanın temperaturu en son xeber valyuta