Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: "Haber Global"ın yayımladığı peyk görüntüləri Ermənistanı ifşa etdi - FOTO+VİDEO

Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: "Haber Qlobal" bir neçə gün əvvəl Ermənistan ordusunun qeydiyyatda olan "Su-30" tipli dörd döyüş təyyarəsini pilotlarla birlikdə martın 25-də Ukraynadakı hərbi əməliyyatlar üçün Rusiyaya göndərilməsi ilə əlaqədar xəbər geniş rezonans doğurub.
"Haber Global" bu xəbəri dərc etdikdən sonra Ermənistan tərəfi inkar variantına əl ataraq məlumatı təkzib etmək yolunu tutub.
Xəbərə Ermənistanın baş naziri Nikol Paşinyan da reaksiya verib.
O, bu  "xəbərin doğru olmadığını" iddia edərək, "təyyarələrimiz heç vaxt ərazimizi tərk etməyib" açıqlamasını verib.
Lakin Haber Global Ermənistan tərəfinin iddialarını ifşa edən peyk görüntülərini əldə edib. 
Belə ki, 18 mart 2022-ci ildə çəkilmiş peyk görüntülərində Ermənistandakı hava bazasında 4 ədəd "SU-30 "tipli döyüş təyyarəsi görünüb.
Lakin martın 25-də çəkilən ikinci görüntüdə isə eyni məkanda fərqli mənzərənin olduğu ortaya çıxıb. Görüntülərdə Rusiyaya göndərilən "SU-30" təyyarələrinin olmadığı görünür. Onların olduğu yerdə "MiQ-29" döyüş təyyarəsinin olduğu aydın əks olunub.
Qeyd edək ki, "SU-30" döyüş təyyarəsi reaktiv mühərriki "F-14" və "F-15" təyyarələri ilə rəqabət aparmaq üçün hazırlanmışdır.
Ermənistan 2019-cu ildə Rusiyadan dörd ədəd "SU-30 sifariş" verib. Bu təyyarələrin çatdırılması 2020-ci ilin may ayında baş tutub.
Lakin Ermənistan sözügedən təyyarələrin xidmətindən istifadə etməyib və yuxarıda da qeyd edildiyi kimi martın 25-də onları Rusiya ordusunun istifadəsinə verib. Həmçinin "SU-30"ların erməni pilotları da Rusiyaya uçub.
Məlumatda qeyd edilir ki, təyyarələr 23 mart 2022-ci ildə Rusiyaya göndərilib. Onların yola düşmə yeri İrəvandakı Erebuni aviabazası olub.
Əldə edilən məlumatda erməni pilotların idarə etdiyi dörd "SU-30" döyüş təyyarəsinin yerli vaxtla saat 12:50-də havaya qalxması qeyd olunub. Təyyarələr təxminən 25 dəqiqə sonra Rusiyaya çatıblar.
Öz növbəsində, peyk fotoşəkillərində olan hərəkət trayektoriyası da bunu sübut edir.
"Beləliklə, Ermənistan öz təyyarələrini və pilotlarını rus ordusunun sərəncamına verməklə Ukraynaya təcavüzün ortağı olduğunu və Rusiyanın başladığı müharibədə tərəf seçdiyini əyani nümayiş etdirmiş oldu. Artıq Ermənistan da Rusiya kimi Qərbin sanksiyalarının hədəfinə çevrilər bilər", – məqalədə qeyd olunur.
Artıq xəbər beynəlxalq mətbuatda da böyük əks-səda doğurub. Məxfi məlumatların mətbuata sızması Ermənistan və Rusiya arasında da diplomatik gərginlik yaradıb.
Bundan əlavə, Ermənistana təyyarələrin saxlanıldığı yeri doldurmaq və hadisəni ört-basdır etmək üçün tələsik Suriyadan dörd "SU-30" tipli döyüş təyyarəsi gətirilib.
Lakin Ermənistana məxsus təyyarələrin heç vaxt ölkəni tərk etmədiyi görüntüsü yaratmağa cəhd edilsə də, peykdən çəkilmiş fotoşəkillər bütün məsələləri ifşa edib.
Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı: Dünyanı çaşdırmaq cəhdi boşa çıxdı:

Siyasi       Tarix: 03 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava en son xeberler bu gun son xeber xeberlər