Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ

Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİDünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ
Deyir ki, potensialın varsa, onu ortaya qoya biləcəyin mühitdəsənsə, hədəflərinlə bağlı daha uğurlu olursan. Bu ikisinin birləşməsindən doğru şəkildə yararlanmaq üçün isə insanın özündən çox şey asılı olduğunu düşünür: "Fürsətləri görmək və onları dəyərləndirməyi bacarmaq da önəmlidir".
"Kaspi" qəzeti hazırda Amerikada təhsil alan və "Fürsətlər ölkəsi"nin fürsətlərini dəyərləndirməyə çalışan "Major League Hacking" (MLH) – Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısında yer alan azərbaycanlı tələbə Firəngiz Qənbərlidən müsahibə alıb.
Bildirək ki, Firəngiz ən yaxşı 50 nəfərin siyahısına 18 ölkədə kompüter texnologiyaları ilə məşğul olan 100 min gənc arasından seçilib. ABŞ-ın Kanzas Universitetində kompüter elmləri ixtisası üzrə tam təqaüdlü təhsil alır. Bu günə qədər müxtəlif hakaton müsabiqələrinin qalibi olan Firəngiz, "HackKU-2021" və "HackKU-2022" müsabiqələrinin təşkilatçısı da olub. Hazırda "Microsoft" şirkətində təcrübəçi olan F.Qənbərli, eyni zamanda Kanzas Universiteti Kompüter Mühəndisləri Assosiasiyasının prezidenti və "Women in Computing Club KU" platformasının ictimaiyyətlə əlaqələr üzrə sədridir.
Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ- Amerikada təhsil çox gəncin arzusudur…
- Əsas istəyim yaxşı təhsil almaq idi. Düzdür, orta məktəbdə oxuyanda Amerikaya səyahət etmişdim. Amma Amerikada təhsil almaq üçün xüsusi hədəfim yox idi. Bu ölkə ilə yanaşı Kanada, Niderland, Belçika, Finlandiya, Çin kimi dövlətlərin haradasa 20 universitetinə müraciət etmişdim, hamısından da qəbul almışdım.
- Bakalavr üçün çox adam xaricdə təqaüdlü təhsil qazana bilmir. Orta məktəb dövrünü necə keçirdiniz ki, universitetlərin hamısından qəbul aldınız?
- Orta məktəbdə beynəlxalq İB proqramı ilə təhsil alırdım. İlk önəmli məsələ bu proqramda nəticələrim idi. Amerikadan danışsaq, orta təhsil müddətində dərsdən əlavə fəaliyyətlərinə, təqaüdlərin varsa, ona önəm verirlər. Avropa ölkələrinin universitetləri də dərsdən əlavə fəaliyyətlərinə, sertifikatlarına, yarışlarda iştiraklarına baxırlar. Mən özümlə bağlı vacib hesab etdiyim məqamları müraciətdə qeyd etmişdim. Məsələn, orta məktəb vaxtı basketbol oynayırdım. Dərsdən sonra isə 6-7-ci sinif qızlarına basketbol dərsi keçirdim. Məktəblərarası riyaziyyat olimpiadalarında iştirak etmişdim. Təbiət elmləri sərgisində eksperimentimlə birinci yeri qazanmışdım. Könüllü kimi fəaliyyətim də olmuşdu, debatlarda iştirak etmişdim.
Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ- Məktəb vaxtı bu aktivliyin səbəbi nədən qaynaqlanırdı?
- İki faktorun – özümün və məktəbin birləşməsi idi. Məktəbdə şagirdlərin aktiv fəaliyyətinə önəm verilirdi. Bir müəllim gəlirdi ki, filan məktəbdə debat var, kim iştirak etmək istəyir? Filan məktəbdə yarış var və s. Müəllimlər bizə xəbər verirdilər, artıq gedib-getməmək özümüzə bağlı idi. Mən də çoxuna "hə" deyirdim.
- Kompüter elmlərini seçməyiniz necə oldu?
- Bu sahəyə marağım riyaziyyatdan başladı. Sonra özümə sual verdim ki, istifadə etdiyimiz kompüter texnologiyalarının hansı tərəfində yer almalıyam? Sadəcə istifadəçi olmaq istəyirəm, yoxsa istehsalçı? Yalnız istifadəçi olmaqla kifayətlənmək istəmədim.
Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ- Azərbaycanda İT sahəsində daha çox bəyləri görürük. Təhsil aldığınız universitetdə auditoriyada bu cəhətdən vəziyyət necədir?
- Kompüter elmləri sahəsinə xanımların gəlişi Azərbaycana baxanda Amerikada yaxşıdır, amma burda da o cəhətdən vəziyyət möhtəşəm deyil. Proqramlaşdırma dərsində 80 nəfərdən 5-i qızdır. Düşünülür ki, mühəndislik, xüsusilə kompüter elmləri daha çox bəylər üçündür, qızlar bu sahədə çox da uğurlu olmurlar və s. Stereotipləri qırmaq asan deyil, həm də vaxt lazımdır. Amma unutmayaq ki, kompüter alqoritmini ilk yaradan şəxs qadın olub. Orta məktəbdə uşaqlara layihələr aparıram, qızlara dərs keçirəm. Maraqları var, qabiliyyətləri də əladır.
- 2-ci kursu başa vurubsunuz, hazırda "Microsoft"da təcrübə keçirsiniz. Aldığınız təhsil iş mühitinə düşmək üçün kifayət etdimi?
- Amerikada kompüter elmləri sahəsində universitetdən aldığım dərslər təcrübəyə başlamaq üçün kifayət etdi, amma tam iş mühitinin içinə düşmək üçün, təbii ki, yetərli deyil. Davamını gətirmək üçün gərək özün layihələr hazırlayasan, kodlaşdırmaya, proqramlaşdırmaya həvəsin olsun, yarışlarda iştirak edəsən, əlavə nələrsə öyrənəsən.
Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ- "Microsoft" təcrübəsi sizə nə qazandırıb?
- "Microsoft" ilk təcrübə yerimdir. 3-cü aydır ki, burdayam. Texnologiya komandasında işlərin necə getdiyini bilmirdim. Bu cəhətdən iş mühitini öyrəndim. Yaxud dərsdə kod yazırsan, professor yoxlayıb qiymət verir. İş mühitində bir neçə insan həmin koda baxır, fikir bildirir. İş mühitində daha çətin kodlar yazılır, bunları öyrənməyə başladım. Mənə bir layihə verilib, onun üzərində işləyirəm. Hamısı yeni bilik və bacarıqlar öyrədir, iş dünyasına hazırlayır.
- Bu günə qədər bir neçə hakaton müsabiqələrinin qalibi olubsunuz. Hakaton müsabiqələrində iştiraka nə zaman başladınız?
- Hələ məktəb vaxtı hakaton yarışlarına qatılmaq istəyirdim. Amma şagirdlər üçün belə yarışlar bizdə yox idi. Amerikada iştirak etmək üçün isə bu ölkəyə getmək lazım idi. Pandemiya başlayan il Amerikada bu yarışlar onlayn keçirilməyə başladı. Mən də həmin vaxt onlayn olaraq Amerikadakı hakatonlarda iştirak etməyə başladım. Bura gələndə də canlı iştirak etdim.
Dünyanın 100 min gənci arasından seçilən azərbaycanlı xanım – UĞUR HEKAYƏSİ- Bu yarışlara sizdə maraq yaradan nədir?
- Hakatonlar qısa müddət - 24-36 saat arası olur. Bir neçə tədbir bir yerdə olur və çox maraqlı bir iş ərsəyə gəlir. Hakatonlara karyerası uğurlu şəxsləri çağırırlar, vebinar keçirlər. Komanda yoldaşlarını əvvəldən tanımırsan, tanımadığın adamlarla bir yerdə layihə hazırlayırsan, kod yazırsan. Sosial iş kimi bu da maraqlıdır. Üstəlik, hakaton bitəndən sonra əlində komanda şəklində işləmək bacarığını göstərən bir layihə olur.
- Sizcə, Yüksək Hakaton Liqasının 2022-ci il üçün TOP-50 siyahısına hansı kriteriyalara əsasən düşübsünüz?
- Əsas olaraq, sadəcə texnologiya sahəsinə başlamaq haqqında maraqlı hekayəsi olan insanları seçirdilər. Məncə, onlara, hakatonlara Bakıda başlayıb sonra burda yarışların təşkilatçısı olmağım maraqlı görünmüşdü. 

Maraqlı       Tarix: 30 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


yeni xeberler son xeberler azerbaycan xeberleri dunyada son xeberler son xeber az xabarlar metbuat xeberleri