Dünyanın ən məşhur "taksi sürücüsü" Türkiyədə taksisiz qaldı - FOTO/VİDEO
Dünyanın ən məşhur "taksi sürücüsü" Türkiyədə taksisiz qaldı - FOTO/VİDEO
Fransa istehsalı dünyaca məşhur "Taksi" filminin baş rol ifaçısı Sami Naseri Türkiyədə taksisiz qalıb. Tanınmış aktyor İstanbulda taksi dayanacağında maşın tapa bilməyib və təqribən 20 dəqiqə gözləməli olub.
Bu müddət ərzində onu tanıyan pərəstişkarları ilə də çoxlu şəkillər çəkdirib. O, həmçinin taksilərdən birinin sükanı arxasına keçib və İstanbul küçələrində sürüb.
60 yaşlı aktyor səfərlə bağlı təəssüratlarını DHA ilə bölüşüb. Onun sözlərinə görə, Türkiyəyə 15 gün əvvəl tətil məqsədi ilə gəlib. Bu gün isə İstanbula dəvət edilib.
"Mənə tarixi yerləri gəzdirdilər. Osmanlıdan Atatürkə qədər tarixi əsər və hadisələr haqqında məlumatlar verdilər", - deyə o bildirib.
O, tarixə çox marağı olan biri kimi, Türkiyədə olmağı heyrətamiz bir hiss adlandırıb.
"Türklər məni küçədə görəndə tanıyırlar, amma gəlib danışmağa utanırlar. Mən bunun belə olduğunu başa düşəndə yaxınlaşıb özüm salamlaşıram. Onlar mənimlə söhbət edirlər. Belə bir heyrətamiz şəhərdə, turistlərin çox ziyarət etdiyi bir yerdə taksinin problem olması çox kədərlidir", - deyə o, bildirib.
Fransalı aktyor gəzdiyi və film üçün getdiyi şəhərlərdə avtomobil sürməyi sevdiyini bildirib.
"Nəqliyyatın sıx olan şəhərlərdə avtomobil sürmüşəm, ona görə İstanbulda çətinlik çəkmədim. Moskva və ya Paris tıxaclarını görsəniz, saçlarınızı yolarsınız. Orada vəziyyət daha pisdir", - deyə Naseri bildirib.
"Əgər aktyor olmasaydınız, Türkiyədə taksi sürücüsü olardınızmı" sualına isə o, "yox" cavabı verib.
"Burada taksi sürücüsü olmaq istəməzdim, çünki nəqliyyatı çox qarışıqdır", - deyə bildirib.






Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir