Dünyanın ən qocaman aviaşirkətləri

Dünyanın ən qocaman aviaşirkətləri Dünyanın ən qocaman aviaşirkətləri
Aviasiya innovativ fəaliyyət sahəsi hesab edilir və çoxları onun yaxın zamanlarda yarandığını düşünür. Lakin 2019-cu ilin oktyabr ayında dünyanın ən qocaman aviaşirkətlərindən biri yüzillik yubileyini qeyd edib.
Beləliklə, dünyanın ən qocaman aviaşirkətlərini təqdim edirik:
1. KLM
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1919-cu il
İlk uçuş: 1920-ci ilin may ayı
2018-ci ildə sərnişinlərin sayı: 34,2 mln
Niderlandın sabiq milli aviaşirkəti olan KLM 2004-cü ildə "Air France-KLM" tərəfindən alınıb. İlkin adını saxlayan dünyanın ən qocaman aviaşirkəti 7 oktyabr 1919-cu il tarixində təsis edilib.
2. "Avianca"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1919-cu il
İlk uçuş: 1919-cu il
2018-ci ildə sərnişinlərin sayı: 30,5 mln
"Avianca" Latın Amerikasının baş qərargahı Boqotada yerləşən özəl səhmdar aviaşirkətidir.
Şirkət 1919-cu ilin dekabrın 5-də Barrankilyedə "Sociedad Colombo Alemana de Transporte Aéreo" adı altında təsis edilib.
3. "Qantas"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1920-ci il
2018-ci ildə sərnişinlərin sayı: 55,3 mln
"Qantas Airways Limited" Avstraliyanın ən qədim aviaşirkətidir. Xalq arasında ləqəbi "Uçan kenquru"dur.   Aviaşirkətin baş qərargahı Sidneydə yerləşir.
İngilisdilli dövlətlərin ən qədim aviaşirkətidir.
4. "Aeroflot"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1923-cü il
İlk uçuş: 1923-cü ilin iyul ayı
2018-ci ildə sərnişinlərin sayı: 55,7 mln
"Aeroflot"  Rusiyanın dövlət-özəl aviaşirkətidir. O, Sovet "Aeroflot"unun bölmələrindən birinin əsasında yaradılıb. 2006-cı ilin aprelindən etibarən "SkyTeam" aviasiya alyansının bərabərhüquqlu üzvüdür.
5. "Czech Airlines"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1923-cü il
İlk uçuş: 1923-cü ilin oktyabr ayı
2018-ci ildə sərnişinlərin sayı: 2,9 mln
"CSA Czech Airlines" Çex Respublikasının milli aviaşirkətidir. Şirkət Avropa, Yaxın və Uzaq Şərq üzrə reyslər həyata keçirir.       
6. "Finnair"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1923-cü il
İlk uçuş: 1924-cü ilin mart ayı
2018-ci ildə sərnişinlərin sayı: 13 mln
"Finnair" Finlandiyanın dövlət aviadaşıyıcısı, ölkənin ən iri aviaşirkətidir. Əsas səhmdarı (55,8% səhmlə) Finlandiya hökumətidir.
7. "Delta Air Lines"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1924-cü il
2018-ci ildə sərnişinlərin sayı: 192,5 mln
"Delta Air Lines"  baş qərargahı Atlanta şəhərində (ABŞ, Corcia ştatı) olan bu aviaşirkət "SkyTeam" sərnişindaşıma alyansının əsasını qoyan dörd şirkətdən biridir.
"Delta Air Lines" üç əsas kriteriyaya (donanmanın ölçüsü, sərnişindaşımanın həcmi və çatdırılma məntəqələrinin sayı) görə dünyanın ən iri aviaşirkətidir. Onun marşrut şəbəkəsi Şimali Amerika, Cənubi Amerika, Avropa, Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsi ölkələrini əhatə edir.
8. "Air Serbia"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1927-ci il
2018-ci ildə sərnişinlərin sayı: 2,5 mln
"Air Serbia" qərargahı Belqradda yerləşən Serbiya dövlət aviaşirkətidir. Belqraddan Moskva, Münhen, Berlin, London, Paris, Vyana və digər Avropa şəhərlərinə uçuşlar həyata keçirir.   
9. "Iberia"
Dünyanın ən qocaman aviaşirkətləri Təsis olunub: 1927-ci il
İlk uçuş: 1927-ci ilin dekabr ayı
2018-ci ildə sərnişinlərin sayı: 20 mln
"Iberia" İspaniyanın milli və ən iri aviadaşıyıcısıdır. O, 1999-cu ildən etibarən "Oneworld" aviasiya alyansının üzvüdür.  
"Iberia Group" dünyanın 39 ölkəsində yerləşən 115-dən çox təyinat məntəqəsinə müstəqil və bağlanmış kod-şerinq razılaşmaları üzrə digər aviaşirkətlərin reysləri ilə 90 təyinat məntəqəsinə uçuşlar həyata keçirir.  

Maraqlı       Tarix: 03 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun