Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ + FOTO

Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: "Evlilik əzrail kimidir" - MÜSAHİBƏ + FOTO
"Best Model of the World-2019", "Best Model of Azerbaijan-2019" və "Mister Grand Azerbaijan-2018" model müsabiqələrinin qalibi Nuru Əhmədov uzun zamandan sonra yenidən medianın suallarını cavablandırıb.
Bizim.Media-nın N.Əhmədovla müsahibəsini təqdim edirik:
- "Avroviziya" təmsilçimiz müğənni Samirə Əfəndi ilə reklama çəkildin. Bildiyim qədəri ilə, Türkiyədə də bir sıra məhsulların reklam üzünü bəzəmisən.
- Azərbaycanda çəkildiyim sözügedən reklam uğurlu olduğu kimi, Türkiyədə də çəkildiyim bir sıra markaların reklamı mənə müvəffəqiyyət gətirdi. Belə ki, yuyucu vasitələrin reklamına çəkildim. Həmin reklam çarxına çəkilmək üçün 20 min insanın qatıldığı kastinqdə iştirak etdim.
Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: O insanların içindən 500 nəfər seçildi. Sonra 10 nəfəri çağırdılar. On nəfərdən iki nəfər qaldıq. Mənim saçım qısa, digər modelin isə saçı uzun idi. Saçını kəsdirməyə razılaşmadı. Saçımın qısa olmasına görə, həmin reklama məni seçdilər. 
Daha sonra başqa yuyucu vasitənin kastinqindən keçdim. Orada yardımçı rolda oynayırdım. Heç bilmirdim ki, baş rolda Kıvanç Tatlıtuğla çəkiləcəyəm. Orada verilən rolların öhdəsindən gəldim. 
- Kıvanç Tatlıtuğ da karyerasına modelliklə başlayıb, sonra isə aktyor kimi fəaliyyətinə davam edib. Ondan sənə dəstək, kömək gəldi?
- Kivanç Tatlıtuğla reklam çəkilişi zamanı yaxından tanış oldum. Mənə onların komandası ilə işləməyi təklif etdi. Məni öz meneceri Gaye Sökmenlə tanış etdi. İstanbula növbəti gəlişimdə onlar məni öz ofislərinə dəvət etdilər.
Şərtləri və müqavilələri başa saldılar. Onlarla beş illik müqavilə bağladım. O zamanlar diksiyam yaxşı deyildi və mənə yenidən diksiya dərslərinə yazılmağı məsləhət gördülər. Baxmayaraq ki, artıq altı ay diksiya dərslərinə getmişdim. Yenə üç ay həmin dərslərə qatıldım. Diksiya dərslərindən sonra beş aylıq aktyorluq dərslərinə getdim. Kameranın önünə çıxmaq üçün mükəmməl hazırlaşmalısan.
Dərslər yekunlaşdı. Hazırda bir sıra film və serial şirkətlərindən təklif alıram. Türkiyədə menecerim var. Şirkətlər menecerimə monoloqlar göndərirlər. Onları oynayıb çəkib göndərirəm.
Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: - Türkiyədə aktyorlar arasında rəqabət çox böyükdür. Yəqin ki, bunun fərqindəsən…
- Rəqiblərim çoxdur. Baş rolu demirəm, epizodik rol almaq üçün 400-500 namizəd arasından seçim aparılır. Sənin də üstünlüklərin kifayət qədər çox olmalıdır.
- Bu qədər işin içindən şəxsi həyata zaman ayıra bilirsən? Ümumiyyətlə, ailə qurmaq haqda düşünürsən?
- Hazırda ailə qurmaq haqda düşünmürəm. Çünki sırf karyeramı qurmağı düşünürəm. Evlənməyin də geci-tezi var. Evlilik əzrail kimi bir şeydir, harada tutdu, aparacaq. İndi yox desəm də, sabah və ya biri gün evlənə bilərəm. İndiki vəziyyətə görə şəxsi həyatımda heç kim yoxdur. Amma qəlbimdə sevgi var.
- Boşanmış və övladı olan qadınla ailə qurarsan?
- Bizdə cəmiyyət boşanmış qadına birmənalı baxmır. Yaxınımızda, ailəmizdə də boşanmış qadın ola bilər. Bu o demək deyil ki, boşanmış qadın tərbiyəsizdir. Qismət və taledir. Elə bir qadına "yox" da, "hə" də deyə bilərəm. Amma həmin nöqtəyə çatanda fərqli bir qərar verə bilərəm. Bunu zamana buraxıram.
- Arxiv şəkillərinə yenidən baxanda, ağlına nə gəlir?
- Əlifba gözümün önünə gəlir. A-dan Z-yə yox, məndə tərsinə - Z-dən A-ya (gülür). Çox dəyişilmişəm. Hərbi xidmətdən əvvəl çox kök olmuşam. 2007-2008-ci illərdə haradasa 110 kilo idim. Hazırda 188 boyum var, çəkim 84 kiloqramdır. Hərbi xidmətdən sonra çox arıqladım.
Arıqlamaq üçün taekvondoya yazıldım. Arıqlamağım böyük problemdir. Bu gün də qram-qram qidalanıram. Hər gün idmana gedirəm. Gündə bir saatdan çox gəzirəm. Rol gələndə gözləmir ki, Nuru arıqlayacaq. Hər an hazırlıqlı olmalısan. 
Bir söz var, doğru yerdə doğru zamanda olmalısan. Hazır vəziyyətdə olmalısan. İş gəldisə, onu əlinə almalısan. Elə rol gələ bilər ki, həmin rola görə 20 kiloqram belə arıqlamalısan. Əgər sənətini həqiqətən də sevirsənsə, bunu etməlisən.
Dünyanın ən yaraşıqlı azərbaycanlı kişisi: - Açıq-saçıq səhnələrə çəkilərsən?
- Bu rola "hə" deməzdən əvvəl menecer qərar verir. Çünki təkliflər gəlir, menecer səninlə söhbət edir, psixologiyanı yoxlayır ki, bu obraza hazırlıqlısan, yoxsa yox? Sonra piar məsələlərinə də baxılır. Yəni bu obraza çəkilsəm, karyerama xələl gələrmi, yoxsa yox? Bu kimi məsələlər nəzərdən keçirilir, sonra qərar verilir.
Yəni bu məsələdə söz sahibi tək mən deyiləm. Açıq-saçıq səhnələrə çəkilmək barədə hələ düşünməmişəm. Düşünürəm ki, çəkilsəm heç bir problem olmaz.
- Aldığın ən aşağı və ən yüksək qonorar?
- Modelliyə yeni addımlar atanda 50 manat qazanmışdım. Ən son aldığım qonorar isə 15 min manat olub. Reklam çəkilişlərindən almışdım.

Şou Biznes       Tarix: 10 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri cəbhədən son görüntülər cəbhədən xəbər xabarlar