Dünyanın ən yaşlı kişisi vəfat etdi - FOTO
Dünyanın ən yaşlı kişisi vəfat etdi - FOTO
Venesuela sakini, dünyanın ən yaşlı kişisi Xuan Visente Peres Mora 114 yaşında vəfat edib.
Bu barədə ölkə Prezidenti Nikolas Maduro özünün "X" hesabında məlumat verib.
"Dünyanın ən yaşlı insanı kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilən Xuan Visente Peres Mora 114 yaşında vəfat etdi. Onun ailəsini qucaqlayır və uzunömürlü kişinin doğulduğu El-Kobre şəhərinin bütün sakinlərinə başsağlığı verirəm", - deyə Maduro bildirib.
Peres Mora 115 yaşına az qalmış tənəffüs yollarında yaranan ağırlaşmalar səbəbindən vəfat edib. 4 fevral 2022-ci ildə o, 112 yaşında dünyasını dəyişən ispan Saturnino de la Fuente Qarsiyanı qabaqlayaraq, 112 yaş 253-cü günündə dünyanın ən yaşlı adamı kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Peres Mora uzunömürlülüyünü daimi işinin olması, yaxşı istirahət etməsi, tez yatması və gündəlik bir stəkan brendi içməsi ilə izah edib. Həmçinin onun yaxşı qidalandığı, dua etdiyi, su içdiyi və erkən saatda yatdığı qeyd edilir.
Xuan Visente Peres Mora 27 may 1909-cu ildə Venesuelanın El-Kobre şəhərində doğulub və 10 uşaqdan 9-cusu olub. Onun özünün isə 11 uşağı olub. Peres Mora son zamanlarda San-Xose-de-Bolivarda bir fermada yaşayıb.





Mənbə: TASS / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR