Dünyanın ilk qadın qırıcı pilotu ilk uçuşunda 100 milyon dollarlıq təyyarəni qəzaya uğratdı - VİDEO

Dünyanın ilk qadın qırıcı pilotu ilk uçuşunda 100 milyon dollarlıq təyyarəni qəzaya uğratdı - VİDEODünyanın ilk qadın qırıcı pilotu ilk uçuşunda 100 milyon dollarlıq təyyarəni qəzaya uğradıb.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, hadisə yanvarın sonlarında Yapon dənizində baş verib. Xəbər verdiyimiz kimi, F-35 qırıcısı ABŞ Hərbi Dəniz Qüvvələrinin "Carl Vinson" təyyarədaşıyan gəmisinin göyərtəsinə enməyə cəhd edərkən qəzaya uğrayıb və dənizin dibinə batıb.
Hadisə ilə bağlı yeni təfərrüatlar və qəza anının yeni videokadrları yayılıb.
Təyyarənin dünyada ilk F-35 qadın pilotu, kapitan Anneliza Sats tərəfindən idarə edildiyi məlum olub. Bu, kapitanın təyyarədaşıyanın göyərtəsindən ilk uçuşu idi və elə ilk uçuşdaca o, kobud səhvə yol verərək qırıcını təyyarədaşıyana çırpıb.
Ekipaj qaçılmaz qəzanı anlayaraq ona göstərişlər verməyə çalışıb. Nəticədə qadın pilot qırıcını qaldıra bilməyib və hər şey təyyarənin itirilməsi ilə başa çatıb.
Dünyanın ilk qadın qırıcı pilotu ilk uçuşunda 100 milyon dollarlıq təyyarəni qəzaya uğratdı - VİDEOQəza anının KİV-lərə ötürülən yeni videokadrlarında qırıcının göyərtəyə enmə anında pilotun necə səhvə yol verdiyi görünür, təyyarə göyərtəyə çatmağa az qalmış hündürlüyün düzgün seçilməməsi nəticəsində alt hissəsi göyərtəyə dəyir. Bu zaman dispetçerlər təşviş içərisində pilotu xəbərdar etməyə çalışır, amma nəticə olmur. Həmin görüntülərin yayılması ABŞ komandanlığını qəzəbləndirib və bildirilir ki, video təyyarədaşıyanın heyət üzvlərindən biri tərəfindən sızdırılıb. Onun kimliyinin müəyyən edilməsi üçün təhqiqat aparılır.
Xatırladaq ki, bundan əvvəl ABŞ mediası dənizin dibinə batan həmin qırıcını çıxarmaq üçün Rusiya və Çinin sualtı qayıqlar göndərə biləcəyi haqda yazmışdı. Əgər F-35 qırıcısı Rusiya və ya Çinin əlinə keçsə bu, məxfi texnologiyaların da ələ keçirilməsi demək olardı.

Xuraman Etibarlı,
KONKRET.az

Hadisə       Tarix: 09 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb. -ınəldə etdiyi məlumata görə, ölüml


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün sonxabar az en sonxeber azerbaycan son xeber bugun