Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZ

Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZDünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZ
Amerikanın "Forbes" jurnalı hətta ölümündən sonra da böyük məbləğdə pul qazanmağa davam edən məşhurların illik reytinqini nəşr edib.
Beləliklə, bu dəfə 13 iştirakçıdan 9-nun musiqiçi olduğu dünyasını dəyişmiş ən yüksək ödənişli məşhurların reytinqini təqdim edirik:
1. Maykl Cekson: 60 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 25 iyun 2009-cu il
Ölüm səbəbi: narkotikin doza həddini aşma /qətlə yetirilmə
Pop musiqisinin kralının mahnılarının dinləmələrinin sayı kəskin artıb: ABŞ-da  1 il öncəki 1,8 milyardla müqayisədə bu il 2,1 milyard a çatıb
"Forbes" bildirir ki,  "Mijac Music" kataloqu,  Las-Veqasdakı şou və  "Sony" ilə uzunmüddətli müqavilədən əldə edilmiş mənfəət sayəsində Cekson ardıcıl yeddi il ərzində ən yüksək ödənişli ölmüş məşhur  adını saxlaya bilib.
2. Elvis Presli: 39 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 16 avqust 1977-ci il
Ölüm səbəbi: infarkt
Onilliklər ərzində Elvisin "Qreysland" mülkünə hər il 500 mindən artıq ziyarətçi gəlir ki, bu da sahiblərini yaxın zamanlarda "Memfis Presli" adlı tikintiyə 45 milyon dollar sərmayə qoymağa sövq edib.
3. Çarlz Şults: 38 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 12 fevral 2000-ci il
Ölüm səbəbi: xərçəng
"Snoopy"nin yaradıcısı "Peanuts" komikslər franşizasının 70 illiyi ərəfəsində də qazanmağa davam edir.
"Snoopy"nin təsvirindən reklamda istifadə edən "MetLife" sığorta şirkəti ilə lisenziya müqaviləsinin müddəti bu il başa çatır.
4. Arnold Palmer: 30 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 25 sentyabr 2016-cı il
Ölüm səbəbi: ürək xəstəliyi
Dünyasını dəyişmiş qolfçuya pulu "MasterCard" və "Rolex" ilə əməkdaşlıq gətirir.
Həmçinin idmançının adını daşıyan içkiləri də qeyd etmək lazımdır: "Arizona"nı istehsal edən şirkətin buraxdığı alkoqolsuz içki və "MolsonCoors"un istehsal etdiyi spirtli içki.
5. Bob Marli: 20 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 11 may 1981-ci il
Ölüm səbəbi: xərçəng
Marlinin  mahnılarının ABŞ-da təxminən 1 milyard dinləməsi var. Bu populyarlıq "House of Marley" markası altında olan malların satılmağına kömək edir.
6. Həkim Syuz: 19 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 24 sentyabr 1991-ci il
Ölüm səbəbi: xərçəng
"Hallmark", "Universal Studios" və digər şirkətlərlə lisenziya müqavilələri son 12 ayda ABŞ-da 5 milyondan çox kitab satmış nəşriyyat imperiyasının böyüməsinə kömək edib.
7. Con Lenon: 14 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 8 dekabr 1980-ci il
Ölüm səbəbi: qətlə yetirilib
"Abbey Road"un  buraxılmasının əllinci ildönümü "The Beatles"in striminq servislərində  populyarlığının artmasına gətirib çıxardı.
Son bir il ərzində albomların 2,2 mln-dan artıq ekvivalenti satılıb ki, bu da hər hansı digər mərhum musiqiçidə olduğundan daha çoxdur. Lennonun şəxsi kataloqunun satışı 52% artıb.
8. Merilin Monro: 13 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 5 avqust 1962-ci il
Ölüm səbəbi: narkotikin doza həddini aşma
Lisenziyalaşdırma məsələsinə gəldikdə, Merilin ən məşhur mərhum ulduzlardan biridir. İndi onun hesabı "Zales" zərgərlik kolleksiyası, eləcə də "Chanel" və "Montblanc" kimi markalar sayəsində böyüyür.
9. Prins: 12 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 21 aprel 2016-cı il
Ölüm səbəbi: narkotikin doza həddini aşma
"Bənövşəyi yağış"ın ulduzu mahnılarını satmağa davam edir. Bir il ərzində Prinsin 320 min fiziki albomu satılıb və yarım milyard onlayn dinləmələri olub. Bu, ötən ildəkindən 12% çoxdur.
10. Nipsi Hassl: 11 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 31 mart 2019-cu il
Ölüm səbəbi: qətlə yetirilib
Nipsi öz əsərlərinə hüquqlarını qoruyub və nəticədə 1,85 milyard dinləmə (siyahımızın iştirakçıları arasında üçüncü göstərici) indi yaşayan və ya mərhum artistlərdən istənilən birinə nisbətən daha çox özünü doğruldub.
11. XXXTentacion: 10 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 18 iyun 2018-ci il
Ölüm səbəbi: qətlə yetirilib
Onun mahnılarının dinlənmə göstəriciləri ötən illə müqayisədə 27% azalıb. Lakin Cənubi Floridanın ziddiyyətli reperi ABŞ-ın bütün ölən məşhurları arasında ən çox dinlənilən olaraq qalır (5,6 milyard dinləmə).
12. Vitni Hyuston: 9,5 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 11  fevral 2012-ci il
Ölüm səbəbi: boğulma
Bu ilin mayında müğənninin irsinin yarısının  müəllif hüquqlarının 7 milyon dollar dəyərində satışı, həmçinin onun "Spotif"də artıq 175 mln-dan çox dinləmə toplamış "Higher Love" kaverinin remiksinin uğuru  Hyustonun "Forbes" reytinqində debüt etməyinə imkan verib.
13. Corc Harrison: 9 mln dollar
Dünyasını dəyişmiş ən yüksək ödənişli 13 ULDUZÖlüm tarixi: 29 noyabr 2001-ci il
Ölüm səbəbi: xərçəng
Lennon kimi Harrison da "The Beatles" albomlarının təkrar buraxılmasından, həmçinin Las-Veqasdakı möhtəşəm dördlük haqqında "Cirque du Soleil" şousundan gəlir əldə edib. Bu, ona 2011-ci ildən bəri ilk dəfə "Forbes" reytinqinə qayıtmağa imkan verib.

Maraqlı       Tarix: 03 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat zelzele xəbərlər.com bu gunun xeberleri