Dünyaya səs salan serial "Xəzər TV"də yayımlanacaq
Azərbaycan televiziya məkanında ilk dəfə olaraq "Xəzər TV"-nin efirində yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi "Naoki Hanzava" serialının yayımına başlayıb.
azxeber.com xəbər verir ki, "Xəzər Media Mərkəzi"nin mətbuat xidmətindən verilən məlumata görə, serial uğurlu bank işçisinin həyat hekayəsindən bəhs edir. Daim irəli gedən gəncin əslində planları başqadır: o atasının intiqamını almaq istəyir. Dünyaşöhrətli bir serialın Azərbaycan teleməkanında efirə çıxmasının tamaşaçıların da ürəyincə olacağına ümid edilir. Ağlasığmaz zəka oyunları, həyəcanlı, mübahisə və mübarizə hissələri ilə bol "Naoki Hanzava" serialı Yaponiyada reytinq fenomenidir.
Bu il Azərbaycan - Yaponiya diplomatik münasibətlərinin 30 illik yubileyidir və bu münasibətlə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat verən "Xəzər TV" Baş prodüseri Toğrul Məmmədov bildirib ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq müqavilə və lisenziya əsasında həyata keçirilir: "Yaponiyada lisenziyalar dövlət qurumunda olur və "Japan Foundation" şirkəti bu lisenziyanı o qurumdan 3 illik "Xəzər Media Mərkəzi"nə verilməsini təmin edib. Bu ilin əvvəllərindən isə bizə göndərilən materialların dublyaj prosesinə başlanılıb".
Toğrul Məmmədov onu da əlavə edib ki, prosesin asanlaşdırılması üçün "Naoki Hanzava" serialı dilimizə yapon dilindən deyil, ingilis dilindən tərcümə olunub.
Filmin dublyaj prosesi "Xəzər Media Mərkəzi"ndə Azərbaycanın Xalq artisti Sabir Məmmədov, Emin Nəsirli, Ofeliya Novruzqızı, Məsmə Aslanqızı və başqalarının iştirakı ilə həyata keçirilib.
Yaponiyanın Azərbaycandakı Səfirliyindən "Xəzər Media Mərkəzi"nə təqdim olunan filmlərin arasından müasir bank sektoruna uyğunluğu, korporativ münasibət və etik davranışları əks etdirdiyinə görə "Naoki Hanzava"seçilib: "Yaponlar daha çox öz irs və mədəniyyətlərini əks etdirən filmlərə üstünlük verirlər. Biz "Naoki Hanzava" filmini həm də formatının müasir tələblərə uyğun olduğu üçün seçdik".

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA