Düyü ixracına qoyulan məhdudiyyətlər Azərbaycanda qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA + FOTO

Düyü ixracına qoyulan məhdudiyyətlər Azərbaycanda qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA + FOTODüyü ixracına qoyulan məhdudiyyətlər Azərbaycanda qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA + FOTO
Azərbaycanda düyünün ucuzlaşması ilə bağlı proqnozlar var.
Bəs görəsən, bu proqnozlar nə dərəcədə doğrudur? Həqiqətən düyünün qiyməti aşağı düşəcək? Bu halda idxal prosesi necə tənzimlənəcək?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, Azərbaycanda düyünün qiymətinin aşağı düşməsi gözlənilmir:
Düyü ixracına qoyulan məhdudiyyətlər Azərbaycanda qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA + FOTO"Azərbaycanda düyünün ucuzlaşması gözlənilmir. Azərbaycan istehlaka lazım olan düyünün 80-85 faizdən çoxunu idxal edir. 80 faizi Hindistandan, digər bir qismi isə Rusiya, Qazaxıstan, İran və Pakistan kimi ölkələrdən idxal olunur.
Hindistan dünya düyü bazarının 40 faizini təmin edirdi. Amma indi ölkə dünyaya düyü ixracını məhdudlaşdırıb. Rusiya da bundan sonra ixraca müəyyən məhdudiyyətlər qoydu".
X.Kərimli düyünün ucuzlaşmayıb, əksinə, bahalaşacağını əlavə edib:
"Düyü indi bahalaşmağa başlayıb. İyul ayında da bahalaşdı. Avqust ayında tək dünya bazarında taxıl qiymətləri içərisində düyü qiymətləri 10 faizə qədər artdı. İyul ayında isə artım 2,6 faiz idi. Azərbaycanda düyü idxaldan asılıdır. Düyü qiymətlərinin artımını yaxın aylarda, həftələrdə hiss edəcəyik.
Ona görə də, düyü ucuzlaşmayacaq, əksinə bahalaşacaq. Burada iki variant var. Ya düyünün idxalında əlavə dəyər vergisi (ƏDV) ləğv ediləcək, ya da adi qaydada proses davam edəcək. İdxal vergisi ləğv edilsə, əhali bahalaşmanı hiss etməyəcək. Ləğv edilmədikdə isə adi qaydada düyünü baha qiymətə əldə edəcəklər".
İqtisadçı Rəşad Həsənov qeyd edib ki, bazarda düyünün qiymətinin azalmasını şərtləndirən amil yoxdur:
Düyü ixracına qoyulan məhdudiyyətlər Azərbaycanda qiymətlərə necə təsir edəcək? - AÇIQLAMA + FOTO"Dünya bazarında düyünün qiymətində artım var. Bir sıra ölkələr düyü ixracına məhdudiyyət tətbiq edib. Belə bir şərtlər daxilində düyü istehlakında tam idxaldan asılı olan Azərbaycanda məhsulun qiymətinin ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.
Azərbaycanda müəyyən ehtiyatlar var. Qiymətlər kəskin şəkildə artmaya bilər. Çünki qiymətlərin azalmasını şərtləndirən amil yoxdur. Ölkədə istehsal edilən düyünün həcmi az miqdardadır. Cəmi 10 min ton civarındadır. Bu göstərici hazırda daxili bazarın qlobal bazarlardan müstəqil şəkildə formalaşmasını məhdudlaşdırır".
"Düyü əsas qida rasionumuza daxildir. Bugünkü şərtlər daxilində qismən riskləri zəiflədə bilərik. Həm gömrük, həm də rüsumlarla bağlı işlər görə bilərik. Sahibkarların idxal prosesində aktiv şəkildə iştirakını dəstəkləmək olar. Bu da öz növbəsində ölkədə inflyasiya üçün kənar təzyiqləri zəiflədə bilər. Qısamüddətli dövrdə ucuzlaşma gözlənilmir", - deyə R.Həsənov qeyd edib.
Qeyd edək ki, Hindistan hökuməti ərzaq təhlükəsizliyini təmin etmək üçün ölkədən düyü ixracına məhdudiyyətlər qoyub, tədarükün təxminən 1/3-ni təşkil edən qaynadılmış düyü üçün 20% ixrac rüsumu tətbiq edib. Bundan əvvəl - ötən ay isə rəsmi Dehli "Basmati" növü istisna olmaqla, ölkədən ağ düyünün ixracına qadağa qoyub.
Rəsmi statistikaya əsasən, Azərbaycan ötən il 42,55 milyon ABŞ dolları dəyərində 50 min 236 ton düyü idxal edib ki, bunun 34,4 milyon ABŞ dolları dəyərində 37 min 586 tonluq hissəsini, yəni 74,8%-i Hindistandan alıb. Bu ilin I yarısında isə Azərbaycanın düyü idxalının 87,8%-i Hindistanın payına düşüb. 6 ay ərzində ölkəyə 32,5 milyon ABŞ dolları dəyərində 36,43 min ton, o cümlədən Hindistandan 28,85 milyon ABŞ dolları dəyərində 32 min ton düyü gətirilib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 11 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber