Düzgün istifadə olunmayan maska sizi heç nədən qorumur!

Düzgün istifadə olunmayan maska sizi heç nədən qorumur!Bir çox mütəxəssislərin fikrinə görə, sağlam insan maska taxmaya bilər. Xəstə insanlar isə mütləq maska taxmalıdır ki, asqıranda və ya öskürəndə virusun yayılmasının qarşısı qismən də olsa alınsın.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, lakin ictimai nəqliyyat və digər qapalı, insanlar çox olan yerlərdə hətta sağlam insan mütləq maska taxmalıdır. Belə halda insan üzünə daha az toxunacaq və bu da yoluxmanın riskini azaldacaq. Bildiyimiz kimi, koronavirus həm hava-damcı, həm də kontakt yolu ilə keçir. İnsan üzərində virus olan hər hansı səthə (nəqliyyatda tutacaqlar, qapı dəstələri və s.) toxunduqdan sonra əllərini göz, burun və ya ağzına vurarsa, virusa yoluxa bilər.
Təəssüf ki, bir çox hallarda insanlar tibbi maskalardan düzgün istifadə etmir. Bəzilər 1 maskanı bütün gün ərzində çıxartmır, digərləri çıxardandan sonra yenidən taxır, hətta maskanı yuyub yenidən istifadə edənlər də var. Təbii ki, bütün bunlar yolverilməzdir və nəinki virusdan qorumur, əksinə istənilən virus və bakteriyalara yoluxmanın riskini artırır.  
Maska üzdə kip oturmalı, burun və ağız bağlı olmalıdır.
Maskanı 2 saatdan çox taxmaq olmaz. Təxminən 2 saata qədər maska nəm olur və onun içində mikrob və viruslar sürətlə çoxalmağa başlayır ki, nəticədə maskanın özü artıq infeksiya mənbəyinə çevrilir. Əgər maska daha tez nəm olubsa, onu dərhal dəyişin.  
İstifadə olunmuş maskanı zibil qutusuna atın, əllərinizi ilıq su və sabunla yuyun və ya spirtli antiseptiklə yaxşı silin.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 19 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər cəbhədən canlı sonxeber.az cəbhədən görüntüleri