"Düzgün mühasibat rahatlığın təminatıdır" şuarı ilə videoçarx hazırlanıb
Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi və mks.az saytı maarifləndirici videoçarx hazırlayıb.
"Düzgün mühasibat rahatlığın təminatıdır" şuarı ilə hazırlanmış videoçarxın məqsədi ölkədə "kölgə iqtisadiyyatı"nın şəffaflaşdırılması ilə bağlı aparılan tədbirlərə dəstək verməkdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev bildirir ki, artıq bir ilə yaxındır ki, Dövlət Vergi Xidməti iqtisadiyyatda döviyyələrin şəffaflaşdırılması istiqamətində geniş tədbirlər görür - qanunvericilik təkmilləşdirilir, inzibatçılıq müasirləşir, yanaşmalar dəyişir. Bir müddət əvvəl isə "ƏDV geri al" layihəsinə də start verilib. Ticarət, xidmət, iaşə obyektlərində alınan mallara, göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin istehlakçılara qaytarılmasının həm nağdsız ödənişlərin stimullaşdırılmasına, həm dövriyyələrin kassaya vurulmaqla vergidən yayındırılmasının qarşısının alınmasına xidmət edir və nəticə etibarilə şəffaflaşma, ağartma prosesinə müsbət təsir edir.
Bu maarifləndirici videoçarxı hazırlamaqla Bakı Hesabat Mərkəzi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, mks.az saytı dövlətin bu istiqamətdə atdığı addımlara töhfə vermək, əhalinin maarifləndirilməsinə və Dövlət Vergi Xidmətinin apardığı "Birlikdə kölgədən işıqlığa doğru" kampaniyasına ictimai dəstək vermək istəyiblər. M.Babayev şəffaflaşma prosesinin davamlı olacağına, belə maarifləndirmənin sahibkarlara və cəmiyyətə faydalı olacağına əminliyini ifadə edib.
"Düzgün mühasibat rahatlığın təminatıdır" şuarı ilə hazırlanmış videoçarx:
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar