DYP Bakı sakinlərinə müraciət etdi
DYP Bakı sakinlərinə müraciət etdi
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYP) paytaxt sakinlərinə müraciət edib.
İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, qələbə sevincini bölüşən vətəndaşlar öz şəxsi avtomobilləri ilə yol hərəkəti qaydasını pozaraq qarşı hərəkət zolağına çıxması, nəqliyyat axınına qarşı hərəkət etməsi, lüzumsuz səs siqnallarının verilməsi, ümumiyyətlə yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratması faktları tərəfimizdən aşkar edilmişdir və bu, ciddi narahatlıq doğurur:
"Bildiyimiz kimi, noyabrın 10-da rəşadətli Azərbaycan Ordusu işğalda olan torpaqlarımız üzərində tarixi qələbə çaldı. Xalq olaraq hər birimiz bu qələbəyə sevinirik və bu tarixi hadisənin şahidi olduğumuz üçün qürur duyuruq. Lakin bu sevincimizi bir-birimizlə müəyyən çərçivə daxilində paylaşmalıyıq.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq edilən komendant saatı və xüsusi karantin rejimi qaydaları gecə saatlarından başlayaraq ciddi şəkildə pozulur. Hazırda mövcud vəziyyətlə əlaqədar olaraq paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tam nəzarətə götürməklə xidmətin təşkili davam etdirilir.
Odur ki, sürücülərdən və digər hərəkət iştirakçılarından tələb edirik ki, hərbi vəziyyətlə bağlı tətbiq edilən komendant saatı və pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin qaydalarına və bununla yanaşı yol hərəkəti qaydalarına da ciddi şəkildə əməl etsinlər.
Deyilənlərə əməl edilmədiyi halda polis əməkdaşları tərəfindən məsuliyyət tədbirləri həyata keçiriləcəkdir". /oxu.az

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR