DYP-dən bayram günləri ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
DYP-dən bayram günləri ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə müraciət edib.
İdarədən Oxu.Az-a daxil olan müraciətdə qeyd olunur ki, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına xüsusi diqqət yetirilməli, təhlükəsizlik kəmərinin təkcə sürücü deyil, sərnişinlərin də bağlamasını təmin etmək lazımdır:
"Yolboyu ötmə və ya digər manevlər edərkən tələsməyin, qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin sürətini və istiqamətini düzgün qiymətləndirin, təhlükəsizliyinizə əmin olmadan qərarlar verməyin. Unutmamalıyıq ki, yol qəzalarının qarşısının alınmasını şərtləndirən başlıca amillərdən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq yolda müəyyən edilmiş sürət həddinə ciddi əməl etməkdir.
Uzaq məsafələrə səfərlər zamanı günün işıqlı vaxtında yola çıxmağa çalışın, yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin. Belə halda siz, yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb, istirahət edin. Bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz. Yol hərəkəti qaydalarına əməl etməklə siz, həm özünüzün, həm də əzizlərinizin bayram günlərini xoş keçirməsinə şərait yaratmış olacaqsınız". /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb