DYP sürücülərə çağırış etdi

DYP sürücülərə çağırış etdi"Mütəxəssislərin də qeyd etdiyi kimi cari ilin iyul-avqust aylarında havanın temperaturunun ötən illərlə müqayisədə yüksək olması səbəbindən əhalinin nisbətən sərin olan bölgələrə səfərlərinin sayı xüsusilə həftə sonları nəzərəçarpacaq dərəcədə artmış, bu isə öz növbəsində avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyini və paralel olaraq qəza ehtimalının yüksəlməsini şərtləndirmişdir".
Azxeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən "report"a verilən məlumatda bildirilir.
Qeyd edilib ki, son günlər baş vermiş ağır yol-nəqliyyat hadisələrinin təhlili bir daha deməyə əsas verir ki, bu ehtimalı reallığa çevirən əsas amil vaxtaşırı xəbərdarlıq edilməsinə, mütəmadi olaraq DYP qurumları tərəfindən yollarda baş verə biləcək qəzaların qarşısının alınması üçün nəzarət-profilaktik tədbirlərin keçirilməsinə baxmayaraq hələ də özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalan, verilən tövsiyələrə, yaşanmış acı təcrübəyə əhəmiyyət verməyən məsuliyyətsiz sürücülərdir.
Nəqliyyat vasitəsini sərxoş, yuxulu, yaxud əzgin və ya yorğun halda idarə edən, bu vəziyyətdə sərnişin dolu avtomobillə uzun müddət fasiləsiz hərəkətdə olan, sürət həddinə məhəl qoymayan, ötmə və manevr etmə qaydalarını kobud şəkildə pozaraq yollarda potensial təhlükə mənbəyinə çevrilən, bəzən də təhlükəsizlik üçün görülən qabaqlayıcı tədbirləri ironiya, hətta qəzəblə qarşlayan sürücülərə bu gün də rast gəlinir ki, həmin şəxslər xudbin, intizamsız və məsuliyyətsiz davranışları nəticəsində törənəcək qəzada neçə-neçə insan faciəsinə bais olacaqlarından sanki xəbərsiz kimi davranırlar.
Baş Dövlət Yol Polisi İdarəsi belə şəxslərə qarşı təkcə inzibati qaydada deyil, ictimai qınaq metodlarından istifadə etməklə mübarizə aparmağın daha səmərəli olacağına inanır və bir daha sürücülərə müraciət edərək onlara mənzil başına sağ-salamat çatmaları üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sərxoş, yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, hazırda havaların isti olduğunu nəzərə alıb soyuducu sistemi olmayan avtomobillərlə günün nisbətən sərin vaxtlarında yola çıxmağı, 1-2 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir.
Ümid edirik ki, hər bir hərəkət iştirakçısı bu çağırışla bağlı bizimlə həmrəy olacaq, şəxsi nümunə göstərməklə özünün, doğmalarının və digər insanların təhlükəsizliyi naminə yol hərəkəti qaydalarına ciddi riayət edəcək.

Sosial       Tarix: 18 avqust 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən canlı en son xeberleri son xeber azerbaycan son xeber bugun