E-sistemlər vasitəsilə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq

E-sistemlər vasitəsilə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq"DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur
Nazirliyin müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən ölkəmizdə ilk dəfə olaraq əhalinin sosial reyestri kimi, "e-sosial" portalı istifadəyə verildi. Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar çıxış və yaranmış hüquqları müqabilində məşğulluq xidmətlərindən, sosial təminat növlərindən və s. çevik rejimdə yararlanmaq, eyni zamanda yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə daimi nəzarət etmək imkanı qazandırıb.
S.Babayev bu günədək artıq portalın aktiv istifadəçi sayının 150 minə çatdığını, portala baxış sayının isə 1 milyon 500 mini ötdüyünü deyib. Bildirib ki, ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək.
Nazir qeyd edib ki, DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur. Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 02 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar