EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layiq görülüb.
Bu mükafat bankın beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi yüksək nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti beynəlxalq təsdiqidir.
Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər Şurasının Latviyanın paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı çərçivəsində baş tutub. Qeyd edək ki, bu mükafat "Bank Respublika"nın bu sahədə dördüncü il ardıcıl olaraq qazandığı uğurudur.
Qazanılan uğur "Bank Respublika"nın beynəlxalq maliyyə institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə də ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar komandasının ardıcıl fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun və ölkə bank sektorunun yüksələn potensialının göstəricisi kimi qiymətləndirilə bilər.
"Bank Respublika" sahibkarlıq subyektləri və korporativ müştərilər üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və xidmətlər təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə və xarici ticarət əlaqələrinin gücləndirilməsinə töhfə verməyi strateji prioritetlərindən biri hesab edir.
Daha ətraflı məlumat üçün:
www.bankrespublika.az
Sosial şəbəkələr - "Facebook", "Instagram", "LinkedIn","Telegram"
Çağrı Mərkəzi: 144
/ azxeber.com
Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu