Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?
Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət, idarə və ictimai fondlarından mənzil ala bilərlər. Amma əcnəbi vətəndaşlara torpaq sahəsi almaq hüququ verilmir.
Əcnəbilərin rahat şəkildə ölkəmizdə mənzil, fərdi yaşayış evi alması yerli əhalidə narahatlıq yaradır. İnsanlar düşünür ki, turizmin də inkişafı nəticəsində ölkəmizdə mənzil sahibi olan əcnəbilər artır. Nəticədə, Azərbaycanın əmlak bazarında qıtlıq yaranır, tələbatın çox olması qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Milli.Az Modern.az-a istinadən bildirir ki, bu fikirlər haqqında danışan ekspert isə narahatlığa əsas olmadığını düşünür.
Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov qeyd edib ki, 2018-ci ildə xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb:
"Bu, öncəki illərlə müqayisədə çoxdur. Məlumata görə, mənzillərə maraq göstərən xaricilər daha çox Şərq ölkələrinin vətəndaşlarıdır.
Azərbaycanın əmlak bazarında isə təklif kifayət qədərdir. Sadəcə mənzilə ehtiyacı olan vətəndaşların alıcılıq qabiliyyəti ilə bağlı problem ola bilər. Mənzil almaq, onu kirayə vermək əcnəbilərin hüququdur. Bu tək Azərbaycanda deyil, bütün dünyada belədir. Onların bu hüququnu məhdudlaşdırmaq qətiyyən olmaz".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib