Əfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTO

Əfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTOƏfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTO
17-ci əsrdə yaşamış, haqqında bədii və animasiya filmləri çəkilən əfsanəvi hindu qızı Pokahontas amerikalı aktyor Edvard Nortonunu ulu nənəsi imiş.
Bu barədə Hollivud ulduzunun özü xəbər verib.
Aktyor bunu PBS-nin "Finding Your Roots" şousunda öyrənib.
Nortonun sözlərinə görə Virciniya sakini Con Rolfla evlənən hindu qadınla ailə bağları barədə illərdir ailəsində şayiələr olsa da, əsl həqiqəti verilişə müraciət etdikdən sonra öyrənib.
"Sizi 12-ci nəsildə ulu babalarınız Con Rolf və ulu nənəniz Pokahontasla bağlayan birbaşa izin olduğu şübhəsizdir", - deyə verilişin aparıcısı və tarixçi Henri Luis Qeyts Jr. bildirib.
Əfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTOQeytsin sözlərinə görə, cütlük 1614-cü il aprelin 5-də Virciniya ştatının Ceymstaun şəhərində evlənib. Sənədlərə əsasəh Pokahantus üç il sonra İngiltərənin Qravesend şəhərində, Rolf isə 1622-ci ilin martında ölüb.
Qeyd edək ki, Pokahontasın dəqiq doğum tarixini müəyyən etmək olmayıb: tədqiqatçılar həm 1595, həm də 1596-cı illəri deyirlər. O, hələ uşaq olanda indiki Virciniya ərazisində İngilis koloniyasının qurucularından biri olan kapitan Con Smitin həyatını xilas edib.
Qeyd etmək lazımdır ki, hindular əvvəlcə kolonistlərlə yaxşı rəftar edir və onlara kömək edirdilər, lakin ingilislər tələblərinin həddini aşdıqdan sonra C.Smit oğurlandı. Hindular Smitin boynunu vurmaq istəyəndə liderin 12 yaşlı qızı öz başını onun başına qoyur. Bundan sonra döyüşçülər edama cəsarət etmirlər.
Əfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTOCon Smit artıq kolonistlər arasında olmadığı zaman, 1612-ci ildə, 17 yaşlı Pokahontas tez-tez doğma qəbiləsindən cəmi 12 mil məsafədə yaşayan ingilisləri görməyə gedirdi. Zaman keçdikcə o, ingilis dilini başa düşməyi öyrəndi və danışıqlar apara bildi, şərtləri sadə idi: İngilislər azuqə qarşılığında hindulara toxunmamağa söz verdilər, lakin bəzən ingilislər həddindən artıq çox tələb edirdilər. 1612-ci ildə Pokahontas Ceymstaun şəhərinə gəldikdən sonra ingilislər tərəfindən əsir götürüldü. Onlar bunun müqabilində qızın atasından əsir götürülən ingilisləri azad etməyi, ingilisləri ərzaqla təmin etməyi və silahları qaytarmağı tələb etdilər. Qəbilə başçısı üç şərtdən ikisini yerinə yetirdi, lakin silahdan əl çəkmədi. Daha sonra fidyə qarşılığında qız doğma qəbiləsinə qayıtdı. Bir il sonra o, köçkün Con Rolfla evləndi, bununla da hindularla kolonistlər arasında dinc yanaşı yaşayışa zəmanət verdi.
Əfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTO1616-cı ildə Pokahontas əri ilə birlikdə İngiltərəyə köçdü, orada məşhur oldu və hətta saraya təqdim edildi. Virciniyaya qayıdarkən o, çiçək xəstəliyinə tutuldu və 21 mart 1617-ci ildə 21 yaşında öldü.
Əfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTOƏfsanəvi hindu Pokahontas Hollivud aktyorunun ulu nənəsi imiş - FOTOMənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 06 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia


son xeberler yeni xeberler azerbaycan xeberleri son xabar son xabarlar en son xeberler xeber