Əgər hamilə qadınlar koronavirusa yoluxarsa... - Fransada yaşayan ginekoloqla MÜSAHİBƏ

Əgər hamilə qadınlar koronavirusa yoluxarsa... - Fransada yaşayan ginekoloqla MÜSAHİBƏKoronavirusla mübarizəni gücləndirmək üçün Fransanın Sağlamlıq Agentliyində çalışan həmyerlimiz həkim-ginekoloq Ülviyyə Əlizadə ilə həmsöhbət olduq.
Bu müsahibəni xüsusən də hamilə xanımlarımızın oxuması faydalıdır.
Milli.Az Fransada fəaliyyət göstərən soydaşımız Ülviyyə Əlizadə ilə müsahibəni təqdim edir.
- Ülviyyə xanım, Fransada koronavirusla bağlı son durum mediada yazılanlar qədər acınacaqlıdır?
- Fransa dünyanın digər ölkələri kimi COVID-19 epidemiyası ilə üzləşib. Agentliyimizin əsas vəzifəsi bu sanitar krizisi tənzimləməkdir. Ölkədə epidemiyanın üçüncü mərhələsi hökm sürür. Virusun yayılma sürəti və yeni yoluxma hallarının qarşısını almaq üçün əlimizdən gələni edirik. Fransa koronavirusa yoluxma halına görə İrandan sonra yeddinci yerdədir. Dünənin statistikasına görə, ölkədə 40 min 700-dən artıq yoluxma halı qeydə alınıb. 2600-dən çox insan həyatını itirib, 700-dən çoxu isə sağalıb. Ümumi sanitar vəziyyət gərgindir. Dövlət bu sahədə çox işlər görür. Xəstələrin sayı o qədər artıb ki, xəstəxanalarda yerlər məhduddur. Artıq dövlət xəstələrdən xahiş edir ki, yüngül şəkildə yoluxanlar evlərində qalsınlar. Müalicə evdən aparılsın. Hətta bunun üçün onlayn təlimlər də fəaliyyətə başlayıb. Reseptləri isə email ünvanına ya poçt qutusuna göndərirlər. Reanimasiya təcrübəsi olan tibb işçiləri könüllü olaraq bizim idarəyə müraciət edir ki, ehtiyac duyulduğu təqdirdə onların yardımından istifadə edilsin. İnsanların kütləvi axını nəzərə alınaraq reanimasiyada yeni yerlər yaradılır. Yaxud sanitar qatar, helikopterlərlə digər şəhər və ölkələrə göndərilir. Hətta xəstəliyin daha çox yayıldığı şəhərlərdə sanitar çadırlar qurulub. Maska və respirator çatışmazlığı da əsas problemdir. Təəssüf ki, hazırda Fransa bu vasitələri istehsal etmir. Yaxın zamanda başlamağı düşünür. Ölkə iki həftədir karantin rejiminə keçib. Hələlik bu durum 15 aprelədək nəzərdə tutulub. Evdən çıxanlar özləri ilə xüsusi elektron arayış götürməlidir. Əks təqdirdə polis onları yüksək məbləğdə cərimələyir.
- Ərzaq qıtlığı varmı?
- İlk günlər belə bir durum oldu və insanlar panikaya düşdülər. Artıq hər şey stabildir. Sadəcə məhsullarda cüzi qiymət artımı müşahidə olunur.
- İnsanlarda belə bir xof var ki, COVID-19 istənilən halda dəhşətli ölümlə nəticələnir.
- Statistikaya əsasən, Fransada əhalinin 80 faizi bu xəstəliyi orta və orta ağır keçirir. 15 faiz xəstələr ağır keçirir, lakin müalicəyə müsbət cavab verir. Yerdə qalan 5 faiz isə kritik durumda reanimasiyaya qəbul edilir. Həmçinin hazırda apteklərdə testlər satılır. İnsanlar onu alıb, ev şəraitində özləri də yoluxub-yoluxmadıqlarını öyrənə bilirlər.
- Əsas risk qrupuna kimlər daxildir?
- Hamilələr, yaşlılar, xroniki xəstəliyi və immun çatışmazlığı olanlar aid olunur. Yaşlı insanlar üçün isə daha böyük təhlükə var. Odur ki, Fransada 60 yaşdan yuxarı vətəndaşlar xüsusi nəzarət altındadırlar. Amma bu o demək deyil ki, gənclər tam sığortalanıb. Məsələn 100 yaşlı qadın artıq sağalıb evinə döndü. 16 yaşlı qız isə dünyasını dəyişdi. Yəni belə patoloji hallar olur.
- Bəs hamilə qadınlar necə qorunmalıdırlar? Gələcək ana virusa yoluxarsa, körpəsinin zərər görmək ehtimalı nə qədərdir?
- Hamiləlik vaxtı qadının orqanizmində hormonal və immun dəyişiklikləri baş verir. Bu dəyişikliklər o vəziyyətə gətirib çıxarır ki, qadının bədəni bütün viruslara qarşı həssaslaşır. Əsas problem odur ki, dünya səhiyyəsinin bu virus haqda çox az məlumatı var. Fevral ayında dərc olunan elmi jurnalda da xüsusi qeyd olunmuşdu ki, hamilələrdə də digər xəstələrlə eyni simptomlar müşahidə edilə bilər. Hətta bəzən heç bir simptom duyulmadan daşıyıcı ola bilər. Bugünədək gəlinən nəticə budur ki, yeni tip koronavirusa yoluxan hamilə qadının bətnindəki körpə üçün heç bir yoluxma təhlükəsi yoxdur. İndiyədək bu hal müşahidə olunmayıb. Körpə ya doğuş zamanı ananın selikli qişası ilə təmasda olanda, yaxud doğuşu qəbul edən xəstəlik daşıyıcısı olan tibbi personaldan yoluxa bilər. Körpənin ana südü ilə qidalandığı müddətdə də nadir halda yoluxma ehimalı var. Həmçinin COVID-19-a tutulan ananın erkən doğum riski ola bilər ki, körpə bu durumdan ziyan görər. Hazırda doğum evlərində xüsusi reanimasiya şöbələri var. Virusa yoluxan hamilələr də həmin otaqlara yerləşdirilirlər.
- COVID-19 virusunu qripə tay tuta bilərikmi?
- Qrip mövsümi virusdur. Həmçinin idarə edilən infeksion xəstəlikdir. Yəni qripə qarşı həm peyvənd, həm də antivirus preparatı var. Koronavirus haqda isə sadəcə fərziyələr mövcuddur. Nə bir vaksin, nə dərman tapılıb. İstidə itəcəyi, məhv olacağı ilə bağlı da heç nə bilmirik. Doğrudur hər ikisi kəskin respirator infeksiyadır. Qrip virusuna yoluxan insanla yaxın ünsiyyətdə olandan sonra iki gün ərzində yoluxmaq mümkündür. COVID-19-da isə inkubasiya dövrü 14 gündür. İnsanlar 5 və 11-ci günlərdə daha çox yoluxa bilərlər. Həmçinin onu da xatırladım ki, koronavirusa yoluxan insan 3-6 nəfəri yoluxdura bilər. Qripdə isə bu göstərici aşağıdır. Yeni tip virusda hərarət 39 dərəcədən yuxarı olur, quru öskürək, ishal və burun tutulması halları müşahidə olunur. Hətta xəstə dad və iybilmə qabiliyyətini itirir. Qripdə isə baş, boğaz, əzələ ağrıları müşahidə edilir. Koronavirusa yaxalanan insan ancaq yoluxandan sonra yoluxdura bilər. Qripdə isə inkubasiya dövründə də yoluxdura bilir. İstənilən halda soydaşlarımızı gigiyenik qaydalara riayət etməyə və evdə qalmağa səsləyirəm. Sağlam olun! (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Estetik əməliyyatlar məhdudlaşdırılır? – Qadağalar tətbiq oluna bilər

Son illər estetik əməliyyatlara marağın artması cəmiyyətdə yeni bir tendensiya formalaşdırıb. Əgər əvvəllər yalnız burun əməliyyatları üstünlük təşkil edirdisə, bu gün bədənşəkilləndirmə, liposaksiya, sinə dikləşdirmə kim

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun xeberler azerbaycan bugünki xəbərlər son.xeberler